Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95799
az

Rusiya Polşanın Ukraynaya verdiyi iki MiQ-29 qırıcısını vurub

19:1029 Sentyabr, 2023
127
DÜNYA
  • A

Sentyabrın 29-na keçən gecə Rusiya ordusu Polşadan Ukraynaya gətirilən, Qərbin raket silahlarından istifadə etmək üçün modernləşdirilmiş iki Miq-29 qırıcısını vurub.

Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Telegram-dakı hesabatında deyilir.

"Polşadan gətirilən iki MiQ-29 qırıcısı Nikolayev vilayətindəki Kulbakino aerodromunda məhv edilib", - məlumatda deyilir.

Bundan başqa, Donetsk Xalq Respublikasının (DXR) Kleşçeevka kəndi yaxınlığında hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopterini məhv edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər vermişdi ki, Rusiya ordusu sentyabrın 24-dən 29-dək Ukrayna Silahlı Qüvvələrinin silah anbarlarına 9 qrup hücumu həyata keçirib və Xarici Legion birləşməsinin idarəetmə mərkəzini məhv edib. Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin zərbələri Ukrayna hərbçilərinin və xarici muzdluların yerləşdirildiyi yerlərə, eləcə də diversantların təlim meydançalarına endirilib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Harris Trampı təbrik etdi
Putin onu ordenlə təltif etdi
Trampın seçilməsi birjalara necə təsir etdi?

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Mahaçqalada güclü qasırğa olub
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Bədəni xərçəngdən qorumağın təbii ÜSULLARI
“Kartdan karta at” deyən 120 sahibkar cərimələndi- Fotolar