Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95383
az

XİN məlumat yaydı - Azərbaycan bunun təşkilinə hazırdır

23:5117 Sentyabr, 2023
104
CƏMİYYƏT
  • A
Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə edilməsi təklifi uzun müddətdir ki, Azərbaycan tərəfindən irəlilədilir və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu. Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu.
 
OXU24.COM  xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
 
Bu gün, BQXK Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib. Yaxın zamanlarda BQXK tərəfindən Azərbaycan tərəfinə bu barədə rəsmi nota təqdim edilməsi gözlənilir. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır.
 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi
Romantik səhər öpüşünün inanılmaz zərərləri

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş