Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94702
az

Təcili işçilər axtarılır: Maaş 3000 AZN

09:4502 Sentyabr, 2023
1220
ELANLAR
  • A

SRC LLC

Baş Mühasib

 Son tarix 29 sen 2023 [email protected]

Vəzifəyə dair tələblər:
Təhsil: Ali təhsil, bakalavr dərəcəsi
Təcrübə: 5 ildən yuxarı
Dil bilikləri: Azərbaycan dili , Rus dili və İngilsi dilləri
İş şəraiti və şərtlər:
İş və istirahət vaxtı üzrə: Həftə içi 10:18, Şənbə günü 10:00-15:00 -dək.
Vəzifə maaşı: 2200 -3000 AZN 
İş yeri: Bakı şəhəri Zərifə Əliyeva küçəsi 107 A.
Vəzifə funksiyaları:
Cəmiyyətin fəaliyyət xüsusiyyətlərini, təsərrüfat strukturunu, ölçüsünü, fəaliyyət novünü nəzərə almaq, uçot siyasətini formalaşdırmaq
Mənfəət və Zərər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Balans haqqında hesabatın aylıq tərtib edilib, rəhbərliyə təqdim edilməsi
Şirkətin xaricdəki nümayəndəsinə hesabatın göndərilməsi, müvafiq olaraq ödənişin edilməsi
Nağd pul vəsaitlərinin və pul sənədlərinin qəbulu və verilməsi.
Mühasibatlıq, idarəetmə, statistikvə vergi uçotunun tələblərinə cavab verən uçot və hesabatlarının məlumat sistemin formalaşdırılması rəhbərlik etmək, daxili və xarici istifadəçilərə lazımı məlumatların təqdim olmasını təmin etmək
Xərclər smetası, əmlakı, əsas vəsaitlərin, öhdəliklərin, material ehtiyyatlarının , pul vəsaitlərinin , istehsalat  dövriyyəsinin və xərclərin, göstərilən xidmətlərin , Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin qeydiyyatını aparmaq
Təsərrüfat əməliyyatlarının uçotunu, aktivlərin hərəkətini, gəlir və xərclərin yaranmasını, öhdəlikləri yerinə yetilməsini balans hesablarında dəqiq və vaxtlı-vaxtında əks olunması təmin etmək
Bütün lazımı maliyyə hesabatlarının hazırlanması , idarəetmə uçotunu daxili idarəetmə hesabatlarını hazırlamasını, xərclərin və ehtiyyatların hesablanmasını həyata keçirmək
Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq təsərrüfat əməliyyatlarında istifadə olunani ikin uçot sənədlərini hazırlamaq və təsdiq etmək
Təsərrüfat əməliyyatların uçotuna, sənəd dövriyyəsinin təşkilinə , məlumatın texnoloji tərəfindən emal olunmasına və onun məxfiliyini qorunmasına daxili nəzarət sistemini təşkil etmək.
Namizədlər elektron ünvanına Baş Mühasib yazmaqla mürəciətlər edə bilərlər

 

 

Hacilar Holdinq

İngilis dili müəllimi

 Son tarix 28 sen 2023 [email protected]

Vəzifə öhdəlikləri:

Həm fərdi, həm də qrup şəklində tədris etmək
Komanda ilə işləmək bacarığının olması
Dərs planı qurmaq və dərslərin  proqram üzrə təşkilini təmin etmək.
Namizədə qarşı tələblər:

Ali təhsil;
22-35 yaş aralığı;
Minimum C1 (Advanced) səviyyədə ingilis dili bilgisi;
Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
Metodik və pedaqoji bacarıqlar;
Müxtəlif yaş qrupları ilə işləmə bacarığı;
Səbrli, punktual və məsuliyyətli olmaq;
Dəyişkən iş saatlarına davamlılıq.
Əmək haqqı 2000-3000 manat.

 

 

Caspian Equipment Company

Baş mühasib

 Son tarix 25 sen 2023 [email protected]

Namizədə olan tələblər: 
Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür); 
Baş mühasib olaraq ən az 5 il iş təcrübəsi;
Azərbaycan dili səlis, rus dili biliyi yaxşı, ingilis dili orta səviyyədə;
Peşəkar mühasib sertifikatının olması üstünlükdür;
MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
1C (8.3 ERP)  proqramını yüksək səviyyədə bilmək;
Məsuliyyətli, diqqətcil, komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri: 
Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və zamanında əks etdirilməsini, dövriyyə-qalıq cədvəlindəki bütün hesabların və həmin hesablar üzrə əməliyyatların düzgünlüyünü və səlisliyini təmin etmək;
1C ERP proqramında dövrün bağlanması əməliyyatlarının zamanında və düzgün icrasını təmin etmək (iş və xidmətlərin maya dəyərinin hesablanması, xərclərin və gəlirlərin bağlanması, amortizasiyanın hesablanması və s.);
Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
Vergilərin və digər icbari hesabatların zamanında və düzgün hazırlanması və təqdim edilməsi, həmçinin müvafiq ödənişlərin hesablanması və ödənilməsinə nəzarət etmək;
Müqavilələrin, təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
Daxili və xarici audit, vergi yoxlaması və digər yoxlama qurumları tərəfindən təşkil edilən yoxlama və sorğularda iştirak etmək, sorğuların zamanında və düzgün cavablandırılmasını təmin etmək.
İş şərtlərimiz:
Əmək haqqı: 2500 – 3000 AZN;
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
Servis xidməti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq göndərmələri xahiş olunur.

 

 

Başak Group

Təchizat şöbəsinin direktoru

 Son tarix 25 sen 2023 [email protected]

Namizədə tələblər:
Təhsil səviyyəsi: Ali təhsil (İqtisadi sahə üzrə);
İş təcrübəsi: Satınalma, Təchizat üzrə 5 il, Təchizat sahəsində rəhbər pozisiyada 2 il təcrübə;
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (əla);
Kompüter bilikləri: MS Office programları üzrə biliklər, xüsusilə exceldə yaxşı səviyyədə işləmə bacarığı;
Digər: CIPS sertifikatına sahib olmaq arzu olunandır.
Vəzifə öhdəlikləri:
Tenderə, müqavilələrin idarə olunmasına, tədarükçülərin fəaliyyətinin idarə edilməsinə dəstək olmaq üçün satınalma siyasətinin və sisteminin strategiyalarının hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;
Daha çox rəqabət yaratmaq və biznesin satınalma siyasəti kateqoriyasına uyğunlaşdırılması üçün kiçik və orta müəssisələr daxil olmaqla yeni təchizat zəncirlərinin inkişafına rəhbərlik etmək;
Davamlı şəkildə komanda və şöbələr daxilində inkişaf  və keyfiyyət təkmilləşdirmələrini sürətləndirmək və daha yaxşı nəticələr əldə etmək yollarını araşdıran, əsas fəaliyyət və maliyyə hədəflərinin təmin edilməsi və zəruri hallarda düzəlişlərin aparılmasına yardım etmək;
İşgüzar məqsədləri dəstəkləmək üçün bütün  resursları istifadə etmək, müqavilə və kommersiya riskinə qarşı qorunmaq üçün müəssisələrə müraciət etmək üçün lazım olan bütün yeni  təcrübələri gətirmək;
Bashak Supply-ın təchizat siyasətini təkmilləşdirmək və bütün korrupsiya risklərinin qarşısını almaq;
Yerli və xarici təchizatçılar, digər müəssisələr ilə əməliyyatları ilə effektiv şəkildə tənzimləmək;
İşçi heyətini idarə və motivasiya etmək, müvafiq potensiala nail olmaq üçün lazım olan dəstəyi, təlim və inkişafı təmin etmək;
Təchizat riskinin inkişafı da daxil olmaqla gələcək tələb və potensialın planlaşdırma, qurulma və idarə edilməsi;
Mövcud və potensial müştərilər ilə əlaqələri gücləndirib, inkişaf etdirmək;
Əlaqədar qanunvericilik, protokol qaydalarına əsasən iş prinsiplərini qurmaq ;
Bashak Supply-ın bərabərlik və eynilik prinsiplərini aktiv şəkildə dəstəkləmək;
Mövcud olan inkişaf  səviyyəsinə uyğunlaşmaq üçün  təlim və treninqlərdə iştirak etmək;
Qeyd olunmayan,meydana çıxan digər məsuliyyətləri öz üzərinə götürmək;
Bashak Supply üçün satınalma siyasətini qanunvericiliyə uyğun aparmaq,müvafiq qurumlar üçün satınalma strategiyasının hazırlanması, həyata keçirilməsi və davamlı şəkildə idarə edilməsinə cavabdehlik.
İş şəraiti:
Əmək haqqı:  2500-3000 AZN +bonus (KPİ);
Nahar şirkət tərəfindən verilir;
Korporativ nömrə (korporativ tarif);
İş günlərinin sayı 5 gün saat 09:00-18:00;
Ünvan: Ziya Bünyadov 13.
 

 

Baku Holiday Travel

Maliyyə direktoru

 Son tarix 23 sen 2023 [email protected]

Namizədə tələblər:
Maliyyə, mühasibatlıq sahəsində ali təhsil;
Maliyyə və kənar audit sahəsində ən azı 5 il təcrübə;
MS Office proqramlarında, xüsusən Exceldə əla işləmə bacarığı;
IRFS (Beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər;
Analitik təhlil qabiliyyəti,idarəçilik və işləri düzgün planlamaq bacarığı;
Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək;
Maliyyə direktoru vəzifə öhdəlikləri:
Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;
Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması;
Müəssisənin illik büdcəsininin hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasına, həmçinin mənfəət və zərər hesabatı, mənfəətlilik təhlillərinin aparılmasına nəzarət;
Mühasibatlıq əməliyyatları üzərində nəzarəti təmin etmək və hesabların düzgün və tam şəkildə bağlanmasına nəzarət etmək;
Kommersiya, satış və istehsalat ilə effektiv əlaqəni təmin etmək, həmçinin optimal maliyyə nəzarətini təmin etməklə biznes əməliyyatlarına dəstək olmaq;
Daxili və kənar audit proseslərinə dəstəyi təmin etmək;
Xarici və yerli banklara dövri hesabatların və banklar və dövlət qurumları tərəfindən yönləndirilmiş aidiyyəti suallar üzrə izahatların təqdim edilməsini təmin etmək;
İş barədə məlumat:
İş günləri : Həftənin 5 iş günü tam,şənbə günü qısa iş günü
İş vaxtı: 09:00-dan 18:00-dək və ya 10:00-dan 19:00-dək 
Əmək haqqı: 2500-3000 AZN 
Ünvan: Winter park plaza 1-ci mərtəbə, Baku Holiday Travel
Yalnız, qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Maliyyə direktoru” qeyd etməklə CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

 

Baku Holiday Travel

Marketinq şöbəsinin rəhbəri

 Son tarix 23 sen 2023 [email protected]

Namizədə tələblər:
İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
Müvafiq sahə üzrə ən az 5 il peşəkar iş təcrübəsi, xüsusən dijital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
Azərbaycan dilini səlist bilməli, Rus və İngilis dil bilikləri yüksək;
Rəqəmsal marketinq üzrə təcrübə, bütün növ dijital platformalarla işləmə bacarığı (Facebook Business, Instagram, Google ADS, YouTube, LinkedIn və s.);
Xidmət sahəsində və komandanın idarəedilməsində təcrübənin olması üstünlükdür;
Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı;
Vəzifə öhdəlikləri:
Müştərilərin ehtiyacları əsasında marketinq planlarının və strategiyalarının yaradılması;
Potensial müştəri ehtiyaclarını müəyyən etmək, müştəri seçimlərini araşdırmaq və müvafiq məhsul və ya xidmətləri tövsiyə etmək;
Turizm xidmətlərin satışının artırılması istiqamətində yeni kampaniyalar hazırlamaq və icrasını təşkil etmək, eyni zamanda marketinq kampaniyalarında istifadə oluna biləcək mövcud yenilikləri tədqiq etmək;
Uğurlu marketinq kampaniyalarını işləyib hazırlamaq və trendlərə uyğunlaşmaq;
Aylıq,illik hədəflərə çatmaq və liderliyi qoruyub saxlamaq;
Hədəf auditoriyanı müəyyən etmək və onları cəlb edən, məlumatlandıran rəqəmsal kampaniyalar  hazırlamaq;
Marketinq vә satış şöbәsinin gündәlik işinә operativ nәzarәt etmək
İş barədə məlumat:
İş günləri : Həftənin 5 iş günü tam
İş vaxtı: 09:00-dan 18:00-dək və ya 10:00-dan 19:00-dək 
Əmək haqqı: 2500-3000 AZN 
Ünvan: Altes plaza 20-ci mərtəbə, Baku Holiday Travel
Yalnız, qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində  “Marketinq şöbəsinin rəhbəri” qeyd etməklə CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Company

Accounting Supervisor

 Son tarix 22 sen 2023 [email protected]

General information:
Managerial, middle management experience.
Professional skills at excel.  
Good knowledge of reporting standards. Certification is required.
Good knowledge of accounting standards.
Oil gas experience is advantage. 
English is must
Salary range 3000-3500 AZN net  

 

Amoris

Baş mühasib

 Son tarix 15 sen 2023 [email protected]

Ümumi məlumat:
Tam ali iqtisadi təhsil
Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
Mühasibat uçotunun Beynəlxalq standartlarını yüksək səviyyədə bilməli
İş yeri: Bakı, Xətai pr. 34
İş qrafiki 6 günlük
Nahar şirkət tərəfindən təmin olunur
Tələblər:
Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)
Baş mühasib kimi  5-8  il iş təcrübəsi (kənd təsərrüfatı və ya istehsal sahəsində)
PMS sertifikatı
Komanda ilə işləyə bilmə bacarığı
Əmək haqqı:  2500-3000  azn   (Müsahibə əsasında təyin oluncaq)
İş qrafiki: 6 günlük
Həftə sonu şimal regionda yerləşən layihələrə ezamiyyət
İş haqqında:
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.   
Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə  ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir.
Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət edir.
Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir.
Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir.
Tabeçiliyində olan işçilərin firmanın strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika   qaydalarına riayət etmələrini təmin etməlidir.
Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır.
 

BOA Agency

Şəxsi assistent

 Son tarix 11 sen 2023 [email protected]

Vəzifə öhdəlikləri:
Şirkət rəhbərinin görüşlərinin təyin edilməsi;
Rəhbərliyin işgüzar səfərlərinin, səyahətlərinin təşkili və viza işlərinin əlaqələndirilməsi;
Beynəlxalq partnyorlarla işgüzar yazışmaların və danışıqların aparılması;
Müxtəlif məktubların və hesabatların hazırlanması;
İşgüzar görüşlərin və iclasların təşkili;
İnzibati işlərin yüksək səviyyədə aparılması və lazım gəldikdə daxili və xarici sənədlərin hazırlanması;
Rəhbərlik və gələn qonaqların qəbulu, qarşılanması
Verilən tapşırıqların icrası və bu barədə hesabat verilməsi.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil;
Qeyd olunan sahədə ən azı 3 illik iş təcrübəsi;
Mükəmməl səviyyədə azərbaycan, rus və ingilis dili bilikləri;
Ofis proqramları;
Administrativ və ya travel sahəsində iş təcrübəsi;
Punktual və dəqiq;
Yüksək məsuliyyət hissi və tapşırıqların vaxtında yerinə yetirilməsi;
Yüksək səviyyəli şifahi və yazılı nitq bacarığı;
Məlumatlarla məxfi şəkildə işləmək bacarığı;
Dəqiq və sürətli işləmə bacarığı;
Lazımi sorğu məlumatının operativ axtarışı;
Yalnız xanım namizədlər;
Yaş həddi 25-32.
Sizə nə təklif edirik?
Əmək Haqqı: 2500-3000 AZN;
Əlverişli iş mühitində çalışmaq imkanı;
AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşmə;
İş qrafiki: tam;
İstirahət günü: şənbə və bazar;
İş saatları: 09:00-dan 18:00-a qədər.
Maraqlanan şəxslər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02

Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D

 

Grand Motors Company

Müştəri Xidmətləri Bölməsinin Rəhbəri

 Son tarix 09 sen 2023 [email protected]

Namizədə olan tələblər:   
Ali təhsil (Menecment ixtisası üzrə olması üstünlükdür);  
Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi olmalı;
İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, Powerpoint);  
Dil bilikləri: Azərbaycan və Rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür); 
Sahə üzrə sertifikatların olması üstünlükdür;
Kollektivdə işləmə bacarığı və stressə davamlı olmalı.
Vəzifə öhdəlikləri:  
Yeni müştərilərin təmir xidmətləri üçün cəlb edilməsi; 
MXB əməkdaşlarının fəaliyyətinin nəticələrinin davamlı ölçülməsi və korreksiyaların edilməsi; 
MXB əməkdaşlarının təlim ehtiyaclarının müəyyən olunması və təmin edilməsi;
CRM üzrə iş prosesinə nəzarətin edilməsi; 
MXB-nin digər struktur bölmələrlə qarşılıqlı səmərəli kommunikasiyasının təşkil edilməsi; 
MXB üçün skriptlərin və təlimatların hazırlanması;
MXB-yə daxil olan şikayətlərin idarə olunması və aidiyyəti üzrə yönləndirilməsi; 
FAQ hazırlanması və mütəmadi yenilənməsinin təmin edilməsi; 
İmtina səbəblərinin hazırlanması, nəticələr haqqında dövri hesabatların hazırlanaraq birbaşa rəhbərə təqdim edilməsi; 
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
Müştəri xidmətlərinin iş keyfiyyətinin, iş standartlarının və siyasətinin inkişaf etdirilməsi; 
Korporativ satış şöbəsindən gələn müracitələrin dəyərləndirilməsi; 
Bölmə əməkdaşlarından hesabatların alınması və onların doğruluğunun yoxlanılması; 
Sənəd axınına nəzarətin edilməsi; 
Müştərilər üçün endirim kampanyalarının icra edilməsində dəstəyin göstərilməsi; 
Müştərilər ilə görüşlərin keçirilməsi.
İş şərtlərimiz:
Əmək haqqı: 2500-3000 AZN (NET);  
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30.   
Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4 (Xırdalan)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri Xidmətləri Bölməsinin Rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.   

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır
Elan: DİN işçilər axtarır
Bakıda iş var: Maaş 3000 AZN

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Mahaçqalada güclü qasırğa olub
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Bədəni xərçəngdən qorumağın təbii ÜSULLARI
“Kartdan karta at” deyən 120 sahibkar cərimələndi- Fotolar