Bu gündən Azərbaycanda 7 günlük tətil başlayır.
Oxu24.com xəbər verir ki, Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 26, 27, 28, 29 və 30 iyun tarixləri qeyri-iş günləri hesab edilir. Eyni zamanda, 1 və 2 iyul tarixləri şənbə-bazara təsadüf edir.
Tətildən sonra ilk iş günü isə iyulun 3-dür.
Qeyd edək ki, 26 iyun - Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramıdır.
Oxu24.com
ŞƏRHLƏR