Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90130
az

İrəvan metrosunda xəritə təxribatı - Foto

15:4103 İyun, 2023
136
  • A
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla sülh danışıqları aparan, eyni zamanda Türkiyə ilə münasibətlərini bərpa etmək mərhələsində olan Ermənistan qonşularını narahat edəcək növbəti addımını atdı. Paytaxt İrəvanda metro stansiyasının divarında illərdir poster formasında asılan və etirazlara baxmayaraq götürülməyən qondarma “böyük Ermənistan” xəritəsi təkmilləşdirilərək led ekranda nümayiş olunur. 15 müxtəlif bölgəni göstərən xəritədə Türkiyə, Azərbaycan, İran və Gürcüstanın bəzi əraziləri qondarma “böyük Ermənistan” xəritəsinə daxil edilib. Xəritədə Türkiyənin Şərqi Anadolu bölgəsinin əsas hissəsi, xüsusilə də Van gölü və ətrafı qondarma “böyük Ermənistan”ın tarixi ərazisi kimi göstərilib. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev də bununla bağlı öz “Twitter” hesabında paylaşım edib. Paylaşımda deyilir: “İrəvan metrosunda “Böyük Ermənistan”ın xəritəsi indi daha da yenilənib. İndi siz Ermənistanın qonşularına qarşı bütün ərazi iddialarını canlı izləyə bilərsiniz. Həqiqətən çox üzücüdür. Ermənistan öz sərhədləri daxilində yaşamağı nə qədər tez öyrənsə, bütün region üçün bir o qədər yaxşı olar”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makron Fransa Milli Assambleyasını buraxdı
Belçikada ilbizlər seçki prosesini İFLİC ETDİ
Dünyanın ən uzun gəlinlik donu tikildi – REKORD

Xurmanın üzərinə limon sıxıb yeyin! – Görün hansı faydaları varmış

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Azərbaycandan qaçarkən tutuldular