Bu ilin aprel ayında Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43,7% bahalanıb.
Ən yüksək bahalanma səhiyyə sahəsində qeydə alınıb – 66,6%.
Bundan başqa ötən ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında restoran və otellərdə qiymətlər 66,4%, qida və içkilərdə 53,9%, ev əşyalarında 48,4%, mənzillərdə 43,1% bahalanıb.
Ən az artım geyim və ayaqqabı qiymətlərində qeydə alınıb. Geyim və ayaqqabı qiymətləri son bir ildə 13,8% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 10-luğunda yer alır.
NİGAR OXU24.COM
Oxu24.com
ŞƏRHLƏR