Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120253
az

İran-İsrail qarşıdurması neft bazarını ÇÖKDÜRDÜ -"Ciddi profisitlə üzləşəcək"

21:5215 Oktyabr, 2024
89
DÜNYA
  • A

Çərşənbə axşamı İsrailin İran hədəflərinə hücumu ilə bağlı qorxuların səngiməsi və Çindən tələbin zəifləməsi ilə neft qiymətləri kəskin ucuzlaşıb.

OXU24.COM xəbər verir ki, bu barədə “Financial Times” Beynəlxalq Enerji Agentliyinin ( BEA ) proqnozuna istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, "Brent" markalı neftin qiyməti erkən ticarətdə 5,3% ucuzlaşaraq bir barel üçün 73,34 dollar olub, sonra isə qismən bərpa olunaraq əvvəlki səviyyədən 4,9% aşağı düşüb. Amerikanın WTI markalı nefti 5,6% ucuzlaşıb.

“Çin neftinə tələbat gözləntilərdən aşağı düşməyə davam edir və ümumi artımı saxlayan əsas amildir”, - BEA ekspertləri bildirib.

Agentlik bu il neft tələbinin artımı ilə bağlı proqnozuna düzəlişlər edərək, onu gündəlik 40 min barel azaldaraq, gündəlik 860 min barrelə çatdırıb. 2025-ci il üçün artımın gündə təxminən 1 milyon barel olacağı proqnozlaşdırılır.

IEA, həmçinin OPEK üzvləri arasında mümkün tədarük pozuntularını azaltmaq üçün 1,2 milyard bareldən çox ehtiyatın və kifayət qədər ehtiyat tutumun olduğunu qeyd edib.

"Hazırda tədarüklər davam edir və ciddi pozuntular olmadığı halda, yeni ildə bazar əhəmiyyətli profisitlə üzləşəcək", - agentlik vurğulayır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avro və rubl ucuzlaşdı -MƏZƏNNƏ
İran-İsrail qarşıdurması neft bazarını ÇÖKDÜRDÜ -"Ciddi profisitlə üzləşəcək"
Rubl bu qədər ucuzlaşdı -MƏZƏNNƏ

Soxulcanlar haqqında 9 maraqlı məlumat

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Xəzər dənizində naməlum varlıq görüldü –İNSANLAR QORXU İÇİNDƏ…
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Xərçəngin riskini 30% azaltmaq üçün həftədə 2 dəfə yeyin — MÖCÜZƏVİ MƏHSUL
Bakıda “Tesla” ağır qəza törətdi- Ölən var - Video