Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86018
az

Zakir Həsənovdan İrana XƏBƏRDARLIQ

12:4601 Aprel, 2023
243
REDAKTORUN SEÇİMİ
  • A

"Bəzi terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamları qəbuledilməz və cəfəngiyyatdır".

Oxu24.com xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə deyib.

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edən müdafiə naziri heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayaraq terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz və cəfəngiyyat olduğunu bildirib.

Xatırladaq ki, İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilib.

K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda güya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edib. O, eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyib.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaz olmayacaq— DİQQƏT!
Universitetin yeni prorektoru kimdir? - FOTO
Əmioğlular arasında qız üstündə ATIŞMA:2 qardaş öldü

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Mahaçqalada güclü qasırğa olub
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Bədəni xərçəngdən qorumağın təbii ÜSULLARI
Qanunsuz saxlanılan silah-sursat aşkarlandı