Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83623
az

MÜJDƏ: Bu dərman xərçəng riskini azaldır

18:3101 Mart, 2023
95
CƏMİYYƏT
  • A

Alimlər müəyyən ediblər ki, müntəzəm aspirin istifadəsi xərçəngə tutulma riskini azalda bilər.

OXU24.COM  xəbər verir ki, yumurtalıq xərçəngi qadınlar arasında ən çox yayılmış xərçəng növlərindən biridir. Hər il dünyada bu xəstəliklə bağlı çoxlu araşdırmalar aparılır. Bunlardan birini bu yaxınlarda avstraliyalı alimlər aparıb və müəyyən ediblər ki, aspirin qəbulu yumurtalıq xərçənginin inkişaf riskini azaldır. Araşdırmanın nəticələri "JAMA" elmi jurnalında dərc olunub.

Tədqiqatda müxtəlif xərçəng növlərindən əziyyət çəkən 4476 xəstə, həmçinin 6659 nəfərdən ibarət nəzarət qrupu iştirak edib. Tədqiqatçılar etnik mənsubiyyəti, diaqnoz qoyulma yaşı, xərçəng mərhələsi və histologiyanı nəzərə alıblar. Təhlil zamanı məlum olub ki, aspirindən tez-tez istifadə yumurtalıq xərçənginin inkişaf riskini 13% azaldır.
Ətraflı
Ad - 00:04

Məqalədə deyilir: "Daimi aspirin istifadəsi, genetik meylliliyin olub-olmamasından asılı olmayaraq, qadınlarda yumurtalıq xərçəngi riskini azaltmağa kömək edə bilər. Ümumilikdə, aspirin qəbul edən qadınların yumurtalıq xərçənginə tutulma riski 13% azdır".

Üstəlik, alimlər əmindirlər ki, xərçəngə genetik meyllilik aspirinin qoruyucu təsirini azaltmır. Aspirinin qadınlarda endometriozun gedişatını yüngülləşdirə biləcəyi də göstərilir.

Eyni zamanda unutmayın ki, həkim resepti olmadan dərmanların nəzarətsiz qəbulu qadağandır. Bildiyiniz kimi, aspirin bronxospazm, daxili qanaxma, qanda trombositlərin sayının azalması kimi bir çox əks təsirlərə malikdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç vəzifəli şəxsə şiddətli TÖHMƏT VERİLDİ
Küveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatdı
Küveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatdı

Fillər xüsusi səslər çıxararaq bir-birlərinə çağırırlar-ARAŞDIRMA

18+

İlon Mask cinsi təcavüzdə ittiham olunur
Bakıda məktəbdə dəhşətli anlar: Mühafizəçi məktəblini döydü
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu vərdişlər hər 4 nəfərdən 1-ni öldürür - Təcili tədbir görülməlidir!
14 il direktor işləyən qadın 995 min manat mənimsəyib