Səhər saatlarında Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində (VAMB) Sarez gölü yaxınlığında 5 bal gücündə yeni yeraltı təkanlar qeydə alınıb.
Oxu24.com xəbər verir ki, bu barədə Tacikistanın Fövqəladə Hallar Komitəsinin (FHK) mətbuat xidməti məlumat yayıb.
“Ölkənin Seysmologiya İnstitutunun məlumatına görə, 28 fevral 2023-cü il tarixində yerli vaxtla saat 09:21-də (Bakı vaxtı ilə 12:21 – red.) Tacikistan Respublikası ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri Düşənbə şəhərindən 390 km cənub-şərqdə, Murqab rayonundan 58 km qərbdə və Sarez gölündən 63 km şərqdə, Qəbələ rayonunun Murqab rayonu ərazisində yerləşib”, - məlumatda deyilir.
Yeraltı təkanların gücü episentrdə 5 bal, Xoroq şəhərində isə 3 bal olub.
Tələfat və dağıntı yoxdur.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR