Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8334
az

“Ölkədə monopoliyanın bir faizini göstərsəniz, mən istefa verərəm” - Gömrük Komitəsinin sədri

15:1727 Dekabr, 2018
1040
  • A
 "Azərbaycanda inhisarçılıq yoxdur".

Oxu24.com  xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirib.

"Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Bu, mümkün olan şey deyil. Belə fakt varsa, birini göstərin. Azərbaycanda lisenziyası tələb olunan mallar, aksiz markalanmalı mallar da daxil olmaqla və qanunvericiliyə uyğun olan istənilən məhsulu icazə lisenziyası ilə ölkəyə alıb gətirmək mümkündür. Banan və digər kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi ümumiyyətlə sərbəstdir”.

DGK sədri inhisarçılığın bir faizini göstərən olacağl təqdirdə istefaya gedəcəyini bildirib: "Gömrük sistemində hər hansı məhsulun inhisarçılığı mümkün deyil. Biz malların ixracı ilə məşğul olmağa şərait yaradırıq. Kimsə elə bilir ki, mən inhisarçılığı qoruyuram. Xeyr, biz daxili bazarı qoruyuruq. Daxili bazarı və yerli istehsalı qorumaq məqsədi ilə hansısa xammalın rüsumlarını aşağı salırıqsa, bu da Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilir. Daxili bazarın tənzimlənməsinin açarı gömrük orqanlarındadır. Bu səlahiyyət də bizə cənab Prezident tərəfindən verilib. Daxili bazarı hansı şəkildə qorumaq lazımdırsa, qiymət siyasəti, tarif və qeyri-tarif bunu həyata keçirəcəyik”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Prezidenti Türkiyəyə səfər edəcək - FOTO
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul etdi - YENİLƏNDİ
Ərdoğan İlham Əliyevə zəng etdi

Marsda donmuş su aşkar edildi-FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Bakıda məktəbdə dəhşətli anlar: Mühafizəçi məktəblini döydü
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Əhmədin cinayət işi məhkəməyə göndərildi