Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8245
az

Günə 2 mixək çeynəməyin 5 faydası - Qədim şahların adəti imiş

23:5424 Dekabr, 2018
1252
TİBB
  • A
Orta əsrlərdə təbiblər şahlara, imperator və ətrafına günə 1-2 mixək çeynəməyi məsləhət görərdilər. Mixək bahalı və uzaq ellərdən çətinliklə gələn ədviyyat olduğu üçün onu yalnız rəhbər insanlar əldə edə bilirdi. Fəqir təbəqə mixəyə, istiota həsrət idi.

İndi mixək hamı üçün əlçatan olduğu üçün siz də günə 1-2 mixək çeynəməyə vərdiş edin.

Oxu24.com medicina.az-a istinadən bildirir ki, mixəyin tərkibində olan beta karotin, B qrup, C, E vitamin, Omeqa 3, müxtəlif mineral onun müalicəvi əhəmiyyətini artırır.

1. Angina, stomatit, faringit kimi ağız boşluğu, boğaz xəstəliklərini sağaldır, qarşısını alır.

2. Bağırsaqları qurdlardan təmizləyir.
 
Yeməkdən 1 saat əvvəl mixək çeynəmək parazit, mikrob və qurdları öldürür.
Mixək hətta vərəm çöplərinə də qalib gələ bilir.

3. Həzmi yaxşılaşdırmaq üçün

Qanayan xoralarda mixək olmaz. Amma digər köpü, həzmi problemli olan insanlar gün ərzində 1-2 mixək çeynəsinlər. Həm də mixək arıqlamağa kömək edəcək.

4. Aşağı təzyiqi qaldırır

Qəhvədən daha yaxşı təsir göstərir. Baş ağrısı, baş gicəllənmə, yorğunluğu götürür.

5. Xərçəngin qarşısını alır

Mixəkdə olan evgenol adlı maddə şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. Bu barədə elmi araşdırmalar var. Əgər kimsə xərçəngdən qorxursa, genetikasında bu xəstəlik varsa, profilaktika üçün mixək çeynəsə yaxşı olar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?