Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81724
az

Bakıda mənzildən 62 min dollar oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

11:0003 Fevral, 2023
98
  • A
Bakıda mənzildən 62 min dollar oğurlamaqda təqsirləndirilən Ramis Əhmədov və Camal Sultanın məhkəməsi başlayır. Oxu24.com xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, hadisə ötən ilin mayında paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62 000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Ramis Əhmədov və Bakı şəhər sakini Camal Sultan müəyyən edilərək saxlanılıblar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xırdalanda soyğunçuluq edən şəxs tutuldu
Kibercinayətkarlıqla məşğul olan 6 nəfər müəyyən edildi
Məktəbli qızlara qarşı əxlaqsızlıq edən cəzalandırıldı

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Xırdalanda soyğunçuluq edən şəxs tutuldu