Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80797
az

Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonla danışıb

21:4117 Yanvar, 2023
316
SİYASƏT
  • A

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə  Oxu24.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.

C.Bayramov Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb. Bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Nazir guya Azərbaycan tərəfindən Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddiaların əsassız olduğunu qeyd edib. Bu xüsusda, Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsinin Ermənistan tərəfinin əsassız iddialarını təkzib etdiyi vurğulanıb.

Bununla yanaşı, özlərini Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin “nümayəndələri” kimi təqdim edən şəxslərin əhalini yoldan istifadəyə maneçilik törətdiyi və bununla süni şəkildə “blokada”, “humanitar böhran” təəssüratı yaratmasının qəbuledilməz olduğu bildirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hərbi Prokurorluğun nümayəndə heyəti Rusiyaya səfər etdi - FOTOLAR
Zakir Həsənov generalı işdən çıxardı
İlham Əliyev Rolli Van Rappardı qəbul etdi

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bulvarda kanalizasiya quyularının dəmir barmaqlıqları oğurlandı - VİDEO