Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80313
az

Rəşad Atakişiyevin həyat yoldaşı: "Ən böyük arzusu..."

19:5107 Yanvar, 2023
198
CƏMİYYƏT
  • A

"Rəşadı ülvi duyğularla xatırlayıram. Çünki onun kimi mərd, Vətənini dəlicəsinə sevən bir insanın həyat yoldaşı olmaq özü qürurvericidir".

OXU24.COM teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin mərhum zabiti, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı, hərbi təyyarəçi, polkovnik-leytinant, şəhid Rəşad Atakişiyevin xanımı Könül Atakişiyeva deyib.

O bildirib ki, yoldaşının vəfatından öncəki gün həyatının ən unudulmaz günlərindən biridir:

"Son günümüz çox böyük sevgi və məhəbbət dolu anlarla yadımda qalıb. Həmin günü Rəşad bir başqaydı. Övladlarımızla birgə əyləncə mərkəzlərinin birindəydik. Daha sonra səhər saatlarında işə getdi. Gün ərzində ancaq telefon vasitəsilə əlaqə saxlaya bildik. Son uçuşunu edəcəkdi. Və mənə dedi ki, son uçuşundan sonra evə gələcək. Amma çox təəssüflər olsun ki, acı tale bizi ondan əbədi ayırdı. Onun arzusu övladlarını xoşbəxt görmək idi. Övladlarını ən ali təhsilə yiyələnmiş, ölkəmizin qabaqcıl simaları kimi görmək istəyirdi. Öz peşəsində daha da irəliləmək istəyirdi. O hələ gənc yaşlarından bu arzunu reallaşdırmaq üçün dayanmadan çalışırdı. Öz döyüş yoldaşlarından ən gənc polkovnik -leytinant rütbəsinə ucalmışdı. 33 yaşında hərbi hissə komandiri vəzifəsinə təyin olunmuşdu. O bu uğurları peşəkarlığı, zəhməti ilə qazanmışdı".

Xanımı deyir ki, Rəşadın ən böyük arzusu Qarabağı azad görmək idi:

"Hərbi Paradda çıxış edəndə mənə dedi ki, ən böyük arzum azad Qarabağ səmasında uçmaq və manevrlər göstərməkdir. Çox təəssüflər olsun ki, o bu arzusunu həyata keçirə bilmədi. Mən əminəm ki, onun ruhu şaddır. Çünki Qarabağımız artıq düşmən əsarətindən azad olunub. Ona görə də öz qanlarını, canlarını bu yolda verən şəhidlərimizin, əzizlərimizin ruhu daim şaddır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Romantik səhər öpüşünün inanılmaz zərərləri
Qaşıntının qarşısını necə almaq olar?
DTX-nin həbs etdiyi Kamran Zülfüqarov tırın altında Azərbaycana qayıdıbmış  - ŞOK DETALLAR

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Ağır qəzadan video yayıldı
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda lotereya biletlərini oğurlayan şəxs saxlanıldı