Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110118
az

Qaşıntının qarşısını necə almaq olar?

23:3027 May, 2024
132
  • A

Gecələr qəfil yaranan qaşınma yatmağınıza mane olur və ya səpgilərlə müşayiət olunursa, mütəxəssisə müraciət etməyi gecikdirməməlisiniz.

OXU24.COM  bildirir ki, ancaq bəzi qaşıntıların bəsit səbəbləri də ola bilər.

Medicina.az xəbər verir ki, gecə baş verən əsassız qaşınmaların səbəbləri atopik dermatit, ürtiker və psoriaz kimi dermatoloji problemlər ola bilər.Gecə qaşınmasına səbəb ola biləcək xəstəliklər arasında dəmir çatışmazlığı, şizofreniya, narahat ayaqlar sindromu da var. Həmçinin hamiləlik də qaşıntıya səbəb ola bilər.

Bədəndə qaşınma ekzema kimi dəri xəstəlikləri, həşərat dişləmələri, çiçək tozu, qida və dərmanlara allergik reaksiyalar, parazitlər, hormonal dəyişikliklər, qaraciyər xəstəlikləri, diabet, limfoma və bəzi xərçəng növləri səbəbindən baş verə bilər.

Nə zaman təhlükəli hesab edilməlidir?

Əgər qaşınma dərinin və gözlərin sararması, qarın ağrısı və şişkinlik, sidiyin rənginin tündləşməsi kimi əlamətlərlə müşayiət olunarsa, səbəbi qaraciyər xəstəliyi ola bilər. Belə hallarda mütləq həkimə müraciət edilməlidir.

Qaşıntının qarşısını necə almaq olar?

Qaşıntının səbəbi təhlükəli xəstəlik deyilsə, müalicəsində mütəmadi olaraq nəmləndiricidən istifadə etmək, soyuq kompres tətbiq etmək, dərinin təmizlənməsinə diqqət yetirmək, antihistaminik dərmanlardan istifadə etmək, pambıq paltarlar geyinmək, kifayət qədər su içmək, qaşıntıya yaxşı təsir edən mineral və vitaminlərdən istifadə etmək vacibdir.

Məsələn, hindistan qozu yağında olan E vitamini dərinin rahatlamasına kömək edərək qaşınmanın qarşısını alır. Bu yağı dərinizə az miqdarda tətbiq edə bilərsiniz. Bu, həm də qaşınma nəticəsində yaranan səpgilərin qarşısını alacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ