Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80069
az

Polis 5 nəfəri tutdu

09:3304 Yanvar, 2023
101
KRİMİNAL
  • A

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iki gündə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən 5 nəfər tutulub. Onlardan 3 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən ilk əməliyyat zamanı əvvəllər də bir neçə dəfə məhkum olunmuş Radik Hacıyev saxlanılıb.

Onun üzərinə, eləcə də yaşadığı ünvana baxış keçirilərkən ümumilikdə 1 kiloqram 400 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb.

Sinxron- Radik Hacıyev (saxlanılan şəxs)

Keçirilən digər əməliyyatlar nəticəsində isə daha 4 nəfər rayon sakini – Rəşad İsmayılov, Nicat Məmmədov, Murad Səlimov və Taleh Əzizov tutularaq istintaqa təhvil veriliblər. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 1 kiloqram 500 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətləri törətdikləri üçün məhkum olunmuş şəxslərdir.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN-dən bu şəxslə bağlı əhaliyə müraciət etdi- FOTO
Keçmiş məhkumdan 7 kq narkotik götürüldü - FOTO
Xırdalanda soyğunçuluq edən şəxs tutuldu

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
DİN-dən bu şəxslə bağlı əhaliyə müraciət etdi- FOTO