Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110323
az

Keçmiş məhkumdan 7 kq narkotik götürüldü - FOTO

16:2729 May, 2024
51
KRİMİNAL
  • A

Bakıda saxlanılan şəxsdə 7 kiloqram marixuana aşkarlanıb.

Oxu24.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü İlqar Rəcəbov saxlanılıb.

Onun üzərindən və sərnişini olduğu avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 7 kiloqram narkotik vasitə marixuana aşkarlanıb. İ.Rəcəbov narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yabanı halda bitmiş çətənə kolları məhv edildi
İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı - FOTOLAR
Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi