Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77055
az

Boşanmadan sonra qızıl-zinət əşyaları və cehiz kimdə qalmalıdır?

15:0021 Noyabr, 2022
80
HÜQUQ
  • A

Ər-arvad boşandıqdan sonra tərəflər arasında cehiz əmlakın və qızıl-zinət əşyalarının bölüşdürülməsi ilə bağlı mübahisələrə də rast gəlinir. Bu yazımızda qeyd olunan məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Qanunvericilikdə bu məsələ necə tənzimlənir?

Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Bəs cehiz qeyd edilən mülkiyyət formalarından hansına aiddir?

Cehiz qızın ailəsi tərəfindən gəlinə verilmiş hədiyyə olduğu üçün onun şəxsi əmlakına aid edilir. Yəni cehiz tərəflərin birgə mülkiyyəti hesab edilmir.
Boşanmadan sonra və ya rəsmi qaydada boşanma olmadan da qadın ona məxsus olan cehiz əmlakını tələb edə bilər. Oğlan evi tərəfindən cehiz qıza könüllü şəkildə verilməlidir.
Əgər cehiz əmlakı qarşı tərəf qaytarmırsa, bu zaman şəxs məhkəməyə müraciət etməklə cehiz əmlakı tələb edə bilər.
 Qanun qızıl-zinət əşyaları ilə bağlı məsələni necə tənzimləyir?

Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Qanunvericiliyə görə hədiyyə şəklində verilən əşyalar kimə verilibsə, artıq onun əmlakı hesab edilir. Yəni cehiz və ya qızıl-ziynət əşyaları şəxsə hədiyyə şəklində verilən əmlak hesab edildiyi üçün verilən şəxsin mülkiyyətində olur.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Hüquqşünas
Rüxsarə Məmmədova
Oxunub: 1854

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu