Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108878
az

Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verildi

11:5415 May, 2024
92
KRİMİNAL
  • A

Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat verilib.

Bildirilib ki, Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Belə ki, 1992-ci il təvəllüdlü Ukrayna vətəndaşı Kaldarar Arsen Vasilyeviçin və 1980-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Kayumov Abduraxmon Abduvaliyeviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Respublikası

Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək dövlətlərarası axtarışa elan edilmiş A.V.Kaldarar və A.A.Kayumov 2024-cü ilin fevral ayında ölkəmizdə müəyyən edilərək saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda qadının   pulqabısı     oğurlandı
Türkiyəli iş adamı 10 il azadlıqdan   məhrum   edildi
Bakıda quldurluq və soyğunçuluqda şübhəli bilinən3    nəfər     saxlanıldı

Dünyanın ən yaşlı çöl quşu yumurtladı

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Sumqayıtda qadının   pulqabısı     oğurlandı