Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106225
az

Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

16:4515 Aprel, 2024
131
HÜQUQ
  • A

5 nəfər  ailə  üzvünü  qətlə  yetirməkdə  şübhəli  bilinərək  həbs  olunan  Əhməd  Əhmədovun işi üzrə təkrar ekspertiziyanın  təyin  edilməsi  müəyyən  suallara  yol  açıb.

 

Mövzu ilə bağlı  Oxu24.com-a  açıqlama verən  vəkil  Sadiq  Əfəndiyev  bildirib  ki,  Cinayət törədərkən aşkar edilmiş hər bir psixi pozuntu vəziyyəti şəxsin cinayət hüquqi mənada anlaqsız hesab edilməsinə və cinayət məsuliyyətindən azad olunmasına səbəb ola bilməz.

 

"Yalnız o psixi pozuntu vəziyyəti anlaqsızlığa səbəb ola bilər ki,  həmin psixi pozuntunun nəticəsində şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini ümumiyyətlə dərk etməmiş və ya onu idarə edə bilmək iqtidarında olmamışdır.

 

Bu cür psixi vəziyyət, yəni anlaqsızlıq vəziyyəti ekspertizanın rəyi ilə təsdiqləndiyi halda şəxs cinayət məsuiyyətinə cəlb edilmir və  həmin şəxslərin barəsində yalnız məcburi xarakterli tibbi tədbirlər tətbiq edilə bilər",-deyə  vəkil  bildirib.

 

 

Vəkil Sadiq  Əfəndiyevin  sözlərinə  psixi pozuntu nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya əməlini idarə edə bilməyən şəxslər, yəni anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslər ümumi qaydada cinayət məsuliyyətinə cəlb edilirlər.

 

 

"Onların cinayət əməlini törədən zaman psixi pozuntu vəziyyətində olması isə yalnız cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin şəxslər tam olmasa da müəyyən qədər öz əməllərini dərk və idarə edə bilirlər. Ona görə də bu cür psixi pozuntu vəziyyətini ifadə etmək üçün “az anlaqlılıq”, “məhdud anlaqlılıq” kimi anlayışlardan da istifadə olunur.",-deyə  vəkil   bildirib.

 

Rəsmi məlumatlara görə Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. Lakin  istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 05.04.2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.

 

Vəkil  Sadiq  Əfəndiyevin  bildirdiyinə  görə, bu o deməkdir ki, istintaq orqanı verilmiş ekspertizanın rəyi ilə razılaşmamışdır, ona görə də iş üzrə təkrar ekspertiza təyin etmişdir.

Cinayət prosessual qanunvericiliyində qeyd olunur ki, ekspert rəyi istintaq orqanı üçün məcburi deyil, digər sübutlar kimi ekspert rəyi də yoxlanılmalı və işin bütün halları ilə əlaqəli şəkildə qiymətləndirilməlidir. Qanunvericilikdə göstərilmiş əsaslar olduqda, yəni  ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertizanın aparılması təmin edilməlidir.

Təkrar ekspertizanın aparılması haqqında istintaq orqanının qərarında qanunvericlikdə göstərilmiş əsaslara istinad edilməklə əvvəlki ekspertizanın nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir.

Onu da nəzərə almaq lazımdır ki, qanuna görə şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizası ən azı üç məhkəmə ekspertindən ibarət  ekspert komissiyası tərəfindən aparılır. Təkrar ekspertiza zamanı ekspertizanın aparılması obyektivliyin təmin edilməsi üçün başqa ekspertlər komissiyasına tapşırılır. Göründüyü kimi, təkrar ekspertiza yekunlaşdıqdan sonra əvvəlki ekspertlərin sayını da nəzərə alsaq, artıq ən azından altı ekspert məsələyə öz rəyini bildirmiş olur. 

Ona görə də bu kimi işlərdə, xüsusilə də ictimai rezonans doğurmuş işlərdə ilkin ekspertizanın əsassızlığına dair tutarlı sübutlar olmasa belə, istintaq orqanları bəzən təkrar ekspertiza təyin edirlər ki, bu zaman onların əsas məqsədi əslində daha çox eksperti işə cəlb etməklə ekspert rəyinin mötəbərliyinə əminliyin təmin edilməsinə yönəlmiş olur.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA