Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76560
az

Əhaliyə XƏBƏRDARLIQ - Nəsimi, Suraxanı, Sabunçu, Xətai və Yasamal rayonlarında...

23:0815 Noyabr, 2022
95
CƏMİYYƏT
  • A

Bu il bütün ölkəyə veriləcək istilikdə heç bir problem yaşanmayacaq. Əgər hansısa problemlər olarsa, bunun kökü böyük ehtimalla ya vətəndaşın, ya da müəssisənin özündən qaynaqlanır.

Oxu24.com  Xəzər TV-yə istinadən xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, mövsüm başlamadan öncə artıq quum tərəfindən bu ilin 10 ayında istifadə edilən qazın dəyəri SOCAR "Azəriqaz" İstehsalat Birliyinə tam ödənilib. İstilik mövsümünün başlanılması çərçivəsində bütün qazanxanalara qazın açılışı tam təmin olunub və ASC-nin balansında olan 564 qazanxana qazla təchiz olunub.

Qrum rəsmisi bununla bərabər "Azəristiliktəchizat"a ödənilməyən borcun məbləğini də açıqlayıb. O təəssüflə bildirib ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb. Bu da birbaşa həmin yerlərə veriləcək istilikdə müəyyən problemlərə yol aça bilər.

İlham Mirzəliyev həmçinin bildirib ki, 214 yaşayış binası, 37 təhsil müəssisəsi və 8 səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilib.

Bununla bağlı aidiyyəti qürumlara müvafiq məlumat verilib. Hazırda 191 yaşayış binası, 19 təhsil müəsisəsi və 4 səhiyyə obyektində mülkiyyətçilər tərəfindən zəruri tədbirlərin görülməsi başa çatdırılmayıb.

Hətta paytaxtın Nəsimi, Suraxanı, Sabunçu, Xətai və Yasamal rayonlarında bir sıra binalar istiliyə görə borclarını ödəmirlər.

O, işğaldan azad olunan ərazilərdə "Azəristiliktəchizat"ın gördüyü işlərə də toxunub. Onun sözlərinə görə, artıq Şuşa şəhərində istilik təchizatı ilə bağlı bir sıra məsələlər həll olunub.

İlham Mirzəliyev həmçinin əlavə edib ki, işğaldan azad edilmiş ərazilərində "2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiq edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Bu şəxslər dövlətdən 800 manatdan çox pul ala bilər - AÇIQLAMA
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş