Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75663
az

İntihar edən ginekoloqla bağlı ŞOK

20:5902 Noyabr, 2022
581
  • A

Bakıda intihar etmiş tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümündən bir neçə ay əvvəl işlədiyi "Kəpəz Hospital” klinikasında çantası da oğurlanıbmış. 
 
Oxu24.com  Qaynarinfo-ya istinadən xəbər verir ki, ötən il 8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktından sonra azadlığa çıxan 1989-cu il təvəllüdlü Göyçay şəhər sakini Elnur (şərti) adlı şəxs 1 mart 2022-ci il tarixdə "Kəpəz Hospital”ın birinci mərtəbəsindəki həkim otağının giriş qapısının bağlı olmamasından istifadə edərək ora daxil olub. Həmin şəxs otaqdan Xalidə Kəngərliyə məxsus içərisində 80 manatlıq "Apple Airpods 3” markalı naqilsiz qulaqcıq, 150 manat nağd pul, 3 bank kartı və 80 manat dəyəri olan "Michael Kors” markalı pul kisəsinin olduğu 200 manat dəyərində "Furla” markalı əl çantasını götürüb. O, zərərçəkənə ümumilikdə 540 manat ziyan vurub.
 
Məlum olub ki, Elnur həbsdən azad olunduqdan bir qədər sonra - 22 fevral 2022-ci il tarixdə Nəsimi rayonunda yerləşən "Avrasiya Hospital” klinikasından da oğurluq edib. O, "Avrasiya Hospital"da operator vəzifəsində çalışan xanıma məxsus, içərisində müxtəlif əşyaların olduğu çantanı oğurlayaraq, zərərçəkmişə 269 manat maddi ziyan vurub.
 
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində Xalidə Kəngərlinin qardaşı tanınıb. O, bacısına məxsus əşyaların ibtidai istintaq vaxtı qaytarıldığını, bununla bağlı bacısı tərəfindən şikayət və tələbin olmaması barədə polis idarəsinə ərizə də verildiyini bildirib.
 
Məhkəmə təqsirləndirilən şəxsi 2 il 6 ay azadlıqdan məhrum edib.
 
Qaynarinfo Oğurluq faktı ilə bağlı "Kəpəz Hospital”a əlaqə saxlasa da, tibb müəssisəsindən bu barədə məlumat verə bilməyəcəkləri bildirilib. Qeyd edilib ki, məsələ ilə bağlı ancaq polis məlumat verə bilər.
 
Qeyd edək ki, bu ilin 27 iyununda Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb və dünyasını dəyişib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahın havası ilə bağlı açıqlama
“Qarayara”  xəstəliyi ilə bağlı rəsmi XƏBƏR
Ağır qəza baş verib:Xeyli sayda yaralı var

Xurmanın üzərinə limon sıxıb yeyin! – Görün hansı faydaları varmış

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Azərbaycandan qaçarkən tutuldular