Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7309
az

Azərbaycanda qeyri-etik görüntüləri yayılan aparıcı işdən çıxarıldı

16:0922 Noyabr, 2018
1098
CƏMİYYƏT
  • A
 ARB Kəpəz telekanalının aparıcısı Tacirə Zeynallının sosial şəbəkələrdə yayılan qeyri-etik görüntüləri ilə bağlı kanal rəhbərliyi ciddi tədbir görüb.


Oxu24.com  xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq televiziyadan bildirilib.

Qeyd olunub ki, həmin görüntülər efir vaxtı deyil, fasilə zamanı çəkilib.

"Daha sonra isə materialın üzərinə Türkiyə telekanalının loqosu montaj edilib yapışdırılmaqla internet-auditoriyaya məhz bu cür də təqdim olunub. Məsələ ilə bağlı hazırda daxili araşdırma aparılır. Bu məsələnin digər bir tərəfi də var. Belə hallarla tez-tez rastlaşmaq olur. Adətən bu cür hallara görə aparıcılar cəzalandırılmır. Lakin biz hesab edirik ki, aparıcı təkcə efirdə deyil, efirdən kənarda da etik normaları qorumalıdır. Buna görə də ARB Kəpəz telekanalının rəhbərliyi həmin aparıcını işdən azad etməyə qərar verib. Bu, həm bizim telekanalımızın, həm ümummiyyətlə televiziya sahəsində çalışan hər bir kəs üçün örnək olmalıdır" - deyə, məlumatda bildirilib.




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi
Romantik səhər öpüşünün inanılmaz zərərləri

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş