Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72878
az

Ukraynada “ən ağır” mərhələ başlayır - Britaniya kəşfiyyatı

18:3008 Avqust, 2022
115
  • A

Böyük Britaniyanın Müdafiə Nazirliyinin şənbə günü açıqladığı yeni kəşfiyyat məlumatlarına görə, Rusiya "Ukraynanın mümkün əks-hücumlarına" hazırlıq məqsədi ilə qoşunlarını "cənub istiqamətinə" yığır.

 

OXU24.COM  lent.az-a istinadən xəbər verir ki, nazirliyin hərbi kəşfiyyata dair sənədində Rusiyaya məxsus hərbi yük maşınları, tanklar, artilleriya qurğuları və digər silah-sursatdan ibarət uzun karvanın Ukraynanın Donbas əyalətindən çıxarılaraq ölkənin cənub-qərbinə tərəf irəlilədiyi əks olunub.

 

Məlumatda Rusiyanın işğalı altında olan Melitopol, Berdiansk, Mariupol, eləcə də Rusiyanın sərhəd ərazilərində olan hərbi təchizat sistemlərinin Kerç körpüsü vasitəsi ilə Krıma daşındığı qeyd edilib.

 

Bundan əlavə, qurumun açıqlamasında hər biri 800-1000 canlı qüvvədən ibarət olan batalyon taktiki qruplarının da Krıma cəmləşdirildiyi bildirilir. Britaniya hərbi kəşfiyyatı bu qüvvələrdən Xerson regionunda olan rus ordusuna dəstək məqsədi ilə istifadə ediləcəyi qənaətindədir.

 

Ukrayna qüvvələri isə ölkənin cənubunda yerləşən strateji körpüləri, Rusiyaya məxsus sursat anbarlarını və dəmiryol xətlərini sıradan çıxarmağa fokuslanıb, Britaniyanın Müdafiə Nazirliyi bəyan edib. Ukrayna bu yolla Rusiyanın cənubdakı qoşunlarına logistik dəstəyi kəsməyə çalışır.

 

Britaniya hərbi kəşfiyyatı iddia edir ki, Rusiya-Ukrayna müharibəsi yeni - "ən ağır" döyüş mərhələsinə daxil olmaq üzrədir. Qurumdan verilən xəbərə görə, döyüşlər cənub-qərbdə - Zaporojyedən Xersonadək uzanan Dnepr çayına parallel təxminən 350 kilometrlik cəbhə boyu ərazini əhatə edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölümdən son anda xilas olan satıcının reaksiyası heyrət doğurdu - VİDEO
Antarktidada FƏLAKƏT: Xabarovsk boyda aysberq qopdu, bütün dünyada...
Paşinyan hədələdi, nazirlik Rusiyanın “Birinci kanal”ını BLOKLADI

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Narkotikin təsiri ilə maşın idarə edən sürücü saxlanıldı