Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71867
az

Rusiya Tovuz istiqamətində niyə hərbi baza açır?

21:0207 İyul, 2022
156
  • A

Hər bir dövlət öz sərhədini qorumaq üçün müəyyən tədbirlər görür. Bu, dövlətin daxili işidir. Amma müharibənin bitməsindən iki ilə yaxın vaxt keçsə də, Azərbaycan-Ermənistan sərhəd xəttləri dəqiqləşməyib. İki dövlət arasında sülh müqaviləsi imzalanmayıb. Bu baxımdan da sərhədlərdə təhlükəsizliklə bağlı dövlətin gördüyü işlər də yeni bir yanaşma deyil.

OXU24.COM teleqraf.com-a istinadən bildirir ki, bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O qeyd edib ki, dövlətlərin öz sərhədlərini təhlükəsizlik baxımından minalaması da normal haldır: "Ermənistan tərəfi də sərhəd təhlükəsizliyi baxımından hansı addımları atırsa, bu, onun daxili işidir. Azərbaycan buna heç bir münasibət bildirməli deyil. Çünki dövlətin sərhədləri daxilində olan məsələlər yalnız onun öz səlahiyyətləri çərçivəsində olan prosesdir".

Hərbi ekspert Rusiyanın Ermənistan-Azərbaycan sərhəd xəttinin Tovuz istiqamətində hərbi hissə açması məsələsinə də aydınlıq gətirib: "Bu, Rusiya ilə Ermənistan arasında olan müqaviləyə və şərtlərə görə atılan bir addımdır. Rusiya Azərbaycanın strateji müttəfiqidir. Ona görə də, burada da hər hansı bir problem yoxdur. 10 noyabr 2020-ci il Bəyanatına imza atanlardan biri də Rusiya dövlətidir. Bu baxımdan Ermənistan ərazisində Rusiya hərbi hissəsinin harada yerləşdirilməsinin Azərbaycana təhlükəsizlik baxımından elə bir təsiri yoxdur".

Şair Ramaldanov hesab edir ki, Azərbaycan tərəfi sərhəddə olan hər bir prosesi diqqətlə izləyir: "Bu, sərhədlərimizə yaxın yerləşdirilmiş hərbi hissə ilə də bağlıdır. Azərbaycan sözsüz ki, bütün bunları nəzərə alır. Buna qarşı prinsip cəhətdən hər hansı bir tədbirlər olarsa, adekvat reaksiya verəcək. Ona görə də, burada heç bir problem yoxdur. Azərbaycan üçün hər hansı bir təhlükə yaradacaq məqam yoxdur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya İrəvandan çağırdığı səfirini geri qaytardı
Bu ölkənin vitse-prezidentinin olduğu təyyarə radardan itdi
Makron Fransa Milli Assambleyasını buraxdı

Süni intellekt ölümlərin qarşısını alacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mehriban Xanlarovaya hücum oldu - Avtomobilinin qarşısını kəsdilər +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
“Nadzor” işlədiyi təcridxanaya dustaq kimi getdi