Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71525
az

Azərbaycanla Türkiyə arasında quru sərhədlər bağlandı - RƏSMİ AÇIQLAMA

18:0401 İyul, 2022
432
ÖZƏL BÖLÜM
  • A

Dövlət Sərhəd Xidməti Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədinin bağlanması barədə xəbərlərə münasibət bildirib.

Dövlət Sərhəd Xidmətindən (DSX) Oxu24.com-un sorğusuna cavab olaraq bildirilib ki, DSX Nazirlər Kabinetinin 20 iyun 2022-ci il 232 nömrəli qərarına uyğun olaraq, müvafiq fəaliyyət göstərir.

Xatırladaq ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” 20 iyun 2022-ci il tarixli qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb.

Beləliklə, bu müddət ərzində yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyat ilə giriş-çıxış dayandırılması qüvvədə qalır.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Naxçıvan-Türkiyə quru sərhədinin vətəndaşlar üçün bağlanması ilə bağlı məlumat yayılıb.

Vətəndaşlara sərhəd-keçid məntəqələrində artıq Naxçıvandan quru yolu ilə Türkiyəyə keçməyə icazə verilməyəcəyinin bildirildiyi nəzərə çatdırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zakir Həsənov generalı işdən çıxardı
Vasif Talıbovun postunu kim tutacaq?
Bakıda məktəbdə gərginlik: Əraziyə polis əməkdaşları cəlb edildi +VİDEO

Elektron dəri istehsal edildi: Toxunma hissi var

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Qazi döyüldü: İki nəfər saxlanıldı