Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70797
az

Respublikada barama tədarükü davam edir

19:0014 İyun, 2022
133
CƏMİYYƏT
  • A

Respublikada yaş barama tədarükü davam edir. 

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iyunun 14-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 253 ton 932 kiloqram yaş barama təhvil verilib.

Ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 57 ton 322 kiloqram yaş barama təhvil veriblər. Məhsul tədarükünə görə, Ağcabədi (29 ton 597 kq), Balakən (26 ton 578 kq), Bərdə (16 ton 242 kq), Füzuli (11 ton 425 kq), Şəki (10 ton 724 kq), Zaqatala (10 ton 465 kq), Kürdəmir (9 ton 832 kq) və Ağdam (8 ton 31 kq), rayonları öndə gedir.

İyunun 13-də respublika üzrə tədarük məntəqələrinə 21 ton 811 kiloqram yaş barama təhvil verilib.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.

Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yemək zamanı su içdikdə nə baş verir?
Dişlərin sarılığı hər gün fırçalansa da keçmirsə...
Şok iddia: Sadıqov ev dustaqlığındadır

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu