Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68169
az

Duz lampası orqanizmə necə təsir edir?

22:5611 Aprel, 2022
265
CƏMİYYƏT
  • A

Dağlıq və dağətəyi bölgələrdə, meşədə, dəniz və çay kənarlarında, eləcə də yağışdan sonrakı təmiz, gözəl havanı udmaq orqanizmə xoş təsir edir. Bunun əsas səbəbi neqativ ionların havaya təzəlik, canlılıq və təravət verməsi və zərərli bakteriyaların azalmasıdır. Neqativ ionlara "hava vitaminləri" də deyirlər.

OXU24.COM bildirir ki, bu barədə AZƏRTAC-a müsahibəsində həkim-fioteterapevt Fizuli Hüseynov məlumat verib. Onun təklif etdiyi duz lampaları həmin ionların orqanizmə göstərdiyi müsbət təsir gücünə əsaslanır: "Məişətdə istifadə olunan elektrik alətlərinin havaya yaydığı ion seli orqanizmin təbii elektrik yükündən çoxdur. Mənzil və iş yerləri kompüter, telefon, televizor kimi cihazların yaydığı müsbət ionlarla doludur. Bunun nəticəsində vaxtının çoxunu kompüter qarşısında keçirənlərdə əsəb gərginliyi, yuxusuzluq və halsızlıq yaranır. Bu qədər elektrik yükü orqanizmdə bəzi hüceyrələrin zədələnməsi və bəzilərinin isə aqresivləşməsinə səbəb olur".

Həkim-fitoterapevt bu sahədə çıxış yolunu da göstərib: "Ətraf mühitdə olan müsbət ionları neytrallaşdırmaq, onların orqanizmə göstərdiyi mənfi təsirləri aradan qaldırmaq üçün duz lampalarından istifadə etmək olar. Kristal duzun içərisinə yerləşdirilmiş lampa yanarkən duz azacıq isinir və ətrafdakı rütubəti lampa üzərinə toplayır. Nəticədə nəmlənən kristal duz ətrafına mənfi ionlar saçır. Onlar ətrafdakı müsbət yüklü ionlarla birləşərək onu neytrallaşdırır, bəzi müsbət yüklü ionların zərərli təsirindən qoruyur.

Kompüterin yanına qoyulan duz lampası həm xoş görünüş bəxş edir, həm də otağın elektrik yükünü azaldır, baş ağrıları, stress və yuxusuzluğu aradan qaldırır. Enerji və əhvali-ruhiyyənin yüksəlməsinə havada mənfi ionların olması müsbət təsir göstərir. Duz lampalarını yataq otağında gecə lampası yerinə işlətmək də çox faydalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda "Həzi Aslanov" yazılı lövhələr dəyişdiriləcək? -AÇIQLAMA
Balıqları bişirəcəkdi, paketi açanda qışqırmağa başladı - VİDEO
Ağcaqayın şərbətinin olduqca faydalı xüsusiyyətləri ÜZƏ ÇIXDI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin