Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122364
az

Fransada insan hüquqlarının pozulması BMT hesabatında

13:4008 Noyabr, 2024
43
DÜNYA
  • A

BMT-nin İnsan Hüquqları Şurası bir neçə ölkələrdə, xüsusilə də Fransada insan hüquqlarına dair vəziyyətlə bağlı hesabatını açıqlayıb.

Oxu24.com  xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi saytında yer alan hesabatda əsas olaraq Fransada miqrantlara, eləcə də dənizaşırı ərazilərdə insanların hüquqlarının kobud şəkildə pozulması yer alıb. 

Həmçinin şuranın əcnəbilərin zəruri sığınacaq proseduru, eləcə də hüquqlarına dair məlumat verilmədən məcburi qaydada Fransa-İtaliya sərhədinə geri qaytarılmasından narahat olduğu bildirilib.

Bununla yanaşı, hesabatda Britaniya-Fransa sərhədində miqrantların, eləcə də Fransanın Mayot dənizaşırı ərazisində müvəqqəti sığınacaqlardan və yaşayış yerlərindən insanların şiddət və güc tətbiq edilərək təxliyə edilməsi tənqid edilib.

Bildirilib ki, sözügedən bu sistemli təxliyələr insanların üzləşdiyi acınacaqlı həyat şəraitinin daha da pisləşməsinə gətirib çıxarır.

Eyni zamanda, hesabatda Fransa polisinin Yeni Kaledoniyada aksiyaçılara qarşı güc və zorakılıq tətbiq etməsi də yer alıb. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


NATO komandanı Azərbaycana gəldi - Foto
Putin Kadırovu təltif etdi
Blinken elan etmədən Türkiyədən İraqa getdi

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu