Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67268
az

SENSASİYA! Putini onlardan biri əvəzləyə bilər: Siyahıda 4 nəfər var

01:1523 Mart, 2022
440
DÜNYA
  • A

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya elitası Vladimir Putini zəhərləmək və Qərblə ticarət əlaqələrini bərpa edəcək yeni lideri prezident postuna gətirmək üçün hərəkətə keçib.

OXU24.COM Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin "Daily Mail" qəzetində dərc olunan məqalədə bildirilib.

İddiaya görə, Kiyev Putinin yerinə keçə biləcək şəxslərdən birinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikov olduğunu bildirib.

"Bortnikov və Rusiya elitasının bəzi digər nüfuzlu nümayəndələrinin Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif variantları nəzərdən keçirdikləri bildirilir. Onu hakimiyyətdən uzaqlaşdırmaq üçün zəhərlənmə, gözlənilməz xəstəlik və ya hər hansı digər variantlar seçimlər arasındadır", - Ukrayna kəşfiyyatının məlumatında bildirilib.

İngilis nəşrinin yazdığına görə, şərait Putini istefaya məcbur edərsə və ya zəhərləndiyi bildirilsə, onun yerinə ən güclü namizəd Mixail Mişustindir. Rusiyanın baş naziri vəzifəsini icra edən Mişustin siyasi iyerarxiyada Putindən sonra ikinci yerdədir.

Namizədlər arasında ölkənin paytaxtı Moskvanın hazırkı meri Sergey Sobyaninin də adı var. Rusiya dövlətinin digər mühüm qolu olan Federal Təhlükəsizlik Şurasına rəhbərlik edən Nikolay Patruşev bürokratiyada çox güclü fiqur kimi seçilir. Son namizəd isə müdafiə naziri Sergey Şoyqudur. Şoyqu hazırda Ukraynadakı hərbi əməliyyatlara rəhbərlik edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Xurmanın üzərinə limon sıxıb yeyin! – Görün hansı faydaları varmış

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Azərbaycandan qaçarkən tutuldular