Polis İdarəsindən silah oğurlamaqda təqsirləndirilən sabiq polis əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayevin məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Allahverdiyev 5 il 6 ay, E.Mustafayev 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, 2020-ci ilin dekabrında Sabunçu rayon Polis İdarəsində “Zəfər K” tapançalarından biri yoxa çıxıb. 4 aylıq axtarışdan sonra İdarənin əməkdaşı Musa Allahverdiyev və post-patrul xidmətinin polis nəfəri Elxan Mustafayev şübhəli şəxs qismində saxlanılıblar.
Məlum olub ki, M.Allahverdiyev növbətçi hissədəki saxlancdan silahı götürüb dostu Elxan Mustafayevin bağında gizlədib.
Musa Allahverdiyev məhkəmədə deyib ki, silahı pula ehtiyacı olduğu üçün satıb qazanc əldə etmək məqsədilə oğurlayıb. Onun sözlərinə görə, bağa apardığı çantanın içində tapança olmasından dostu Elxan Mustafayevin xəbəri olmayıb. PPX əməkdaşı E.Mustafayev də silahın oğurlanmasından və onun bağında gizlədilməsindən məlumatı olmadığını deyib.
Qeyd edək ki, hadisədən sionra Sabunçu RPİ-nin Növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək sərəncama göndərilib. Silahı oğurlayan şəxslər tutulduqdan sonra S.Rzayev 13-cü Polis Bölməsinə inspektor təyin edilib.
Oxu24.com
ŞƏRHLƏR