Ukraynanın II liqasında çıxış edən "Qostomel" klubunun futbolçusu Dmitri Martinenko Rusiyanın bombardmanı nəticəsində ölüb.
Oxu24.com-un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçinin paytaxt Kiyevdə yaşadığı evə mərmi düşüb.
Partlayış nəticəsində oyunçu ilə yanaşı, onun anası da həlak olub.
Qeyd edək ki, Dmitri Martinenko çempionatın ən yaxşı futbolçusu və bombardiri seçilib
Oxu24.com
ŞƏRHLƏR