Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20708
az

AFFA-dan ŞOK QƏRARLAR: Yurçeviç qovuldu, "Qəbələ" isə...

16:5213 Dekabr, 2019
1313
SON DƏQİQƏ
  • A

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Oxu24.com   xəbər verir ki, iclasda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçlə müqaviləyə xitam verilib.

Bildirilib ki, qarşılıqlı razılıq əsasında AFFA milli komandaya yeni baş məşqçi axtarışına başlamaq, Nikola Yurçeviç isə yeni iş yeri axtarışına başlamaq hüququna malikdir.

İcraiyyə Komitəsinin iclası keçirilib


Bundan başqa, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmmədlə müqavilə ləğv olunub. Komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması AFFA-nın Məşqçilər Komitəsinə və Texniki departamentə həvalə edilib.

Həmçinin, 8 yanvar 2020-ci ildə AFFA-nın növbədənkənar konfransının çağırılması barədə qərar qəbul olunub.

İclasda “Qəbələ” klubunun sponsorları klubu maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanətinin aktivləşdirilməsi və məsələnin İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılmasına qərar verilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Ukraynada məşhur futbolçu bombardman  zamanı öldü - FOTO
AFFA-dan ŞOK QƏRARLAR: Yurçeviç qovuldu,

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb