Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66252
az

Göyçayın yeni icra başçısı bu şəxs ola bilər - İDDİA

19:1728 Fevral, 2022
293
  • A

Xəbər verdiyimiz kimi, Göyçay rayonun icra başçısı Mehdi Səlimzadə bu gün Prezidentin Sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılıb.

OXU24.COM-ıun əldə etdiyi məlumata görə, sözügedən vəzifəyə yeni təyinatla əlaqədar üç namizədin şansları daha real sayılır.
 
Onlar Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinə yeni sədri Bəxtiyar İslamov, Yevlax rayonun icra başçısı Anar Tağıyev və Gənclər və idman nazirinin keçmiş müavini İntiqam Babayevdir.

Yevlax rayonun icra başçısı Anar Tağıyev
 
Prezident İlham Əliyevin 31 oktyabr 2019-cu ildə imzaladığı sərəncamla Tağıyev Anar Aqil oğlunun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
Anar Tağıyev 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə işşöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən2019-cu ilə qədər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb.

və Gənclər və idman nazirinin keçmiş müavini İntiqam Babayevdir.

İntiqam Babayev Vaqif oğlu əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb. 1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 2000-ci il gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.
 
2021-ci il noyabrın 29-da Gənclər və İdman nazirinin müavini vəzifəsindən azad edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi
Romantik səhər öpüşünün inanılmaz zərərləri

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş