Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65957
az

Dünyanın ən təhlükəli muzdluları: "Vaqner Qrupu" Ukraynadadır - FOTOLAR

14:5825 Fevral, 2022
444
DÜNYA
  • A

Rusiyanın Ukraynaya hücuma başlamazdan əvvəl "Vaqner Qrupu”nu bölgəyə göndərdiyi iddia olunub.

Sfera.az bildirir ki, bu barədə  "New York Times” və "New York Post”da məlumatlar dərc olunub. Yazıda Vladimir Putinin Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk vilayətlərinə 300 "Vaqner” muzdlusu göndərdiyi qeyd edilib. Məlumata əsasən, həmin qrupun üzvləri bölgəyə mülki geyimdə daxil olublar.

Digər tərəfdən Rusiya Cinayət Məcəlləsinə əsasən, muzdlu xidmət qadağan olunsa da, şirkətlərin özəl təhlükəsizlik qüvvələrinin nəzdində fəaliyyət göstərə bildiyi vurğulanıb. Mütəxəssislər bir neçə mühafizə şirkətinin mövcudluğuna diqqət çəkiblər -  onların arasında "Vaqner Qrupu” da yer alıb.
 
Rəsmi sənədlərə görə, 2018-ci ildə Suriyadakı ABŞ koalisiya qüvvələri "Vaqner Qrupu" ilə əlaqəli 300 agenti öldürüb və ya yaralayıb. 
 
"Vagner Qrupu" Çeçen müharibəsinin qazilərindən olan Dmitri Utkin tərəfindən yaradılıb. Şirkətin adı Adolf Hitlerin ən çox bəyəndiyi opera bəstəkarı Riçard Vaqnerin adından götürülüb. Firmanın sahibi isə Federal Təhqiqatlar Bürosunun ən çox axtarılanlar siyahısında yer alan rus oliqarx Yevgeni Priqozxindir. O, sahibi olduğu restoranlar və təşkil etdiyi lüks axşam yeməyi partiləri səbəbilə "Putinin aşbazı" da adlandırılır.

Qeyd edək ki, "Vaqner Qrupu”nun Krımın işğalında da iştirak etdiyi bildirilir. Bununla yanaşı, qrupun adı Mozambik, Liviya və Sudandakı vətəndaş müharibələrində də çəkilib.  

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Gürcüstanı xarici agentlər haqqında qanuna görə nəticələrlə hədələyib
Quduzluq həyəcanı: məhəllə 6 aylıq karantinə alındı - FOTO
Makron Fransanın Fələstini nə vaxt tanıyacağını AÇIQLADI

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş