Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65883
az

“Müharibəyə başladın, indi buna hazır ol” – Müdafiə naziri Putini hədələdi

18:2124 Fevral, 2022
362
DÜNYA
  • A

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı sərt bəyanat verib. Oxu24.com teleqraf.com-a istinadla xəbər verir ki, bəyanatda Rusiyanın dialoq təklifini qəbul etmədiyi bildirilib.

Almaniya XİN-in bəyanatından:

“Dostumuz Ukrayna ilə koordinasiyadayıq. Rusiya dialoq təklifimizi qəbul etmədi. İndi Rusiyaya cavab verməsək, bunun əvəzini çox ağır ödəyəcəyik”.

Almaniyanın müdafiə naziri Kristin Lambrext isə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin beynəlxalq hüququn pozulması olduğunu bildirib.

“Rusiyanın Ukraynaya hücumu beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bu, yaxın tarixdə heç nə ilə müqayisə edilə bilməz. Putin Avropanın ortasında heç bir səbəb olmadan müharibəyə başladı”, - nazir qeyd edib.

Lambrext Putinin qondarma Donetsk və Luqansk respublikalarını tanımaqla beynəlxalq hüququ tapdaladığını deyib: “Minsk razılaşmalarını darmadağın etdi. Rusiya indi misli görülməmiş və sərt sanksiyalara hazır olmalıdır”.

O, Putini qoşunlarını geri çəkməyə çağırıb: “Danışıqlar üçün Rusiya ilə əlaqə saxladıq, amma bunu geri itələdi. Bununla belə, dialoq üçün heç vaxt gec deyil”.

Xarici işlər naziri Annalena Berbok da Rusiyaya etiraz edib: “Rusiya Ukraynaya hücum edərək beynəlxalq qaydaları pozur. Dünya ictimaiyyəti bu biabırçı gündə Rusiyanı unutmayacaq. Biz tərəfdaşlarımızla birlikdə reaksiya verəcəyik”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş