Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65706
az

Qız uşaqlarının qulağı neçə yaşında deşilməlidir? - Təhlükəsi

00:3622 Fevral, 2022
375
  • A


Bəzən valideynlər yeni doğulan qız uşaqlarının qulağına sırğa taxmaq üçün körpəlikdən iynə və qulaqdeşən tapança ilə sırğanın yerini açaraq yara sağalana kimi sap və ya sırğa taxırlar.

Lakin təəssüf ki, onlar erkən yaşda qulaqdeşmənin uşaqların səhhətində fəsadlar yarada biləcəyini nəzərə almırlar.


OXU24.COM AZƏRTAC-a istinadla xəbər verir ki, həkim-pediatr Günay Rəsulova dediyinə görə, bunun üçün düzgün yaş dövrünü gözləmək lazımdır: "Ən azı 5 yaşınadək uşaqlarda belə hərəkətlərə yol vermək həm körpə üçün travma, həm də qulaqda yerli infeksiyalaşma riskini artırır.

Bundan başqa sırğaların körpələr tərəfindən çıxarılıb yeyilməsi, udulması, boğulması və başqa təhlükəli hadisələr qeydə alınır. Qulaq deşilməsi prosesi yalnız xəstəxana şəraitində və bütün sterilliyə riayət olunmaqla aparılmalıdır.

Bundan başqa körpələrin qulağına taxılan sırğaların dartılıb qulağı zədələmə ehtimalını nəzərə alaraq onun ölçüsünə də fikir vermək lazımdır".

Həkim-pediatr qeyd edib ki, taxılan aksesuarların materialları da körpələrdə allergik reaksiyalar yarada bilər: "Qulaq deşdirən zaman sinirlərin zədələnməməsinə çalışmaq lazımdır. Əsasən gözəllik salonlarında aparılan həmin proses mütləq həkim nəzarəti ilə edilməlidir.

Valideyn özü iynə ilə evdə uşağın qulağını deşmək istəyəndə qanaxmaya yol verə bilər, yaxud infeksiyalaşma nəticəsində qulaq yarasına və ya dəri xəstəliyi yaranmasına səbəb olması mümkündür".

Nəzərə almaq lazımdır ki, körpələrin qulaqlarındakı yumşaq toxumanı deşərək sırğa taxmaq uşağın gələcəkdə qulaq formasının dəyişməsinə də aparıb çıxara bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Əliyeva: "Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun"
Bu gün Azərbaycanda Zəfər Günüdür
Bayram günlərində hava necə olacaq? -PROQNOZ

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Kartof qabığı görün nəyə dərman imiş — Dəmləyib için!
Göyçayda 3 otaqlı ev yanıb