Şəhər: Bakı
Məzmun: Struktur bölmə
Energetika Nazirliyi, Neft-qaz şöbəsi, Neft siyasəti sektoru
Əlaqə: 012 310 53 16
Aylıq vəzifə maaşı
1345 AZN
Qulluq funksiyaları
Neft və neft-kimya sahəsinin (bundan sonra-müvafiq sahə) perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində şöbənin əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edilməsi;
müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində şöbəyə həvalə olunan hallarda və qaydada dövlətin maraqlarının təmsil edilməsi;
Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq sahədə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
müvafiq sahənin ayrı-ayrı enerjidaşıyıcıların istehsalının və istehlakının proqnoz göstəricilərinin hazırlanması, onları rəhbərliyə təqdim edilməsi və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak edilməsi;
Azərbaycan Respublikasının Yanacaq-enerji balansının tərtib edilməsi məqsədilə təqdim olunmuş, müvafiq sahənin ayrı-ayrı enerjidaşıyıcılarının müvafiq göstəricilərini təhlil edərək Yanacaq-enerji balansının layihəsinin tərtib edilməsi və rəhbərliyə təqdim edilməsi, həmçinin aidiyyəti şöbələrlə birlikdə onun yerinə yetirilməsi üçün görülən tədbirlərdə iştirak edilməsi;
müvafiq sahədə yerin təkinin geoloji öyrənilməsi və mineral-xammal bazasının inkişafı sahəsində dövlət proqramlarının hazırlanmasının təşkilində və həyata keçirilməsində iştirak edilməsi;
müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün tədbirlərin görülməsində iştirak edilməsi;
dövlət müəssisələri üzrə müvafiq sahənin enerjidaşıyıcılarının istehlak limitlərinin müəyyən olunmasında iştirak edilməsi;
müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün müvafiq sahənin enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarının təsdiq edilməsində iştirak edilməsi;
müvafiq sahə üzrə resurslara qənaət və bu resurslardan effektiv istifadə sahəsində tədbirlərin hazırlanması və həyata keçirilməsinin təmin edilməsində iştirak edilməsi;
aidiyyəti şöbələrlə birlikdə müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edilməsi;
müvafiq sahənin enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edilməsi;
müvafiq sahədə normativ və texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edilməsi;
Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlərə baxılması və müvafiq qərarlar qəbul edilməsi;
müvafiq sahənin təkmilləşdirilməsinə dair tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
müvafiq sahədə rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında, həyata keçirilməsində və bu sahədə fəali
Vakant inzibati vəzifənin tutulması şərtləri
Təhsilə dair tələblər: geologiya mühəndisliyi, geologiya , kimya, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , neft-qaz mühəndisliyi, neft-qaz qurğuları mühəndisliyi, kimya mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi ixtisasları üzrə ali təhsi
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət
18.03.2022 18:00
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 17 fevral 2022-ci il tarixindən 18 mart 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını (//bit.ly/3I8DMpk) doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Digər elanlar BURADA
Oxu24.com
ŞƏRHLƏR