Dünyada koronavirusun yayılma arealı və yoluxma sayı genişlənməkdə davam edir. Bu günə qədər 415 milyon insanın koronavirusa yoluxub və onlardan 5,85 milyon insanın dünyasını dəyişib. Mutasiya edən COVID-19-un yeni ştamları virusla mübarizədə çətinliklər yaradır. Amma dünyada pandemiyanın başladığı gündən bəri bir nəfərin də yoluxmadığı ölkələr var.
Rəsmi məlumatlara görə, 4 ölkədə bu günə qədər koronavirusa yoluxma qeydə alınmayıb.
Həmin ölkələrin təqdim edirik:
Martın 12-də prezident seçkilərinin keçirilməsinə hazırlaşana Türkmənistan koronavirusun qeydə alınmadığı yeganə postsovet ölkəsidir. Pandemiya başlayandan bəri ölkədən giriş-çıxışa ciddi məhdudiyyətlər qoyulub. Ötən ilin iyulun 7-də isə Türkmənistanda məcburi vaksinasiya kampaniyası başlayıb. Yaşı 18-dən çox olan hər kəs Rusiyanın “Sputnik V”, “EpiVakKorona” və Çinin “SinoVac” vaksini ilə peyvənd olunur. 4,95 nəfər sakini olan Türkmənistanda əhalisinin 0%-ə yaxını vaksin olunub. Ölkə sahəsinə görə (488 min kvadrat kilometr), koronavirusun rəsmən qeydə alınmadığı ən böyük ölkədir.
Dünyanın ən qapalı ölkəsi adlandıra biləcəyimiz Şimali Koreya da pandemiyanın başlanmasından ötən 2 il ərzində koronavirusa rəsmi yoluxmanın qeydə alınmadığı ölkələrdən biridir. Virusun yayılmağa başladığı ilk günlərdən Şimali Koreyada sərt karantin tədbirləri və insanların hərəkət məhdudiyyəti tətbiq olundu. Xaricdən gətirilən məhsullar isə dezinfeksiya edilməyə başlanıldı. Bütün müəssisələrin girişində hərarətin ölçülməsi ilə yanaşı, insanlardan maska ilə gəzmək, iaşə obyektlərində 5 nəfərdən artıq toplaşmamaq qadağası və saat 21:00-dan sonra hər kəsin evində olması tələbi yer alıb. Humanitar təşkilatlar bu günə qədər Şimali Koreya Xalq Demokartik Respublikasına 8,12 milyon doza vaksin ayırıb. 120,5 min kvadrat kilometr sahəyə, 25,9 milyon əhalisi olan ölkə COVID-19-un rəsmən qeydə alınmadığı ən böyük iki ölkədən biridir.
Koronavirusun olmadığı sonuncu iki ölkə isə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Okeaniyada yerləşən Nauru və Tuvalu dövlətləridir. 10,058 sakini olan Nauru Respublikası 21 kvadrat kilometr əraziyə malik cırtdan dövlətdir. Sakt okeanda yerləşən ada dövlətinə ən yaxın quru ərazisi 320 kilometr uzaqlıqda olan Banaba adasıdır. Coğrafi mövqeyi koronavirusdan qorunmaq üçün əlverişli olsa da, Nauruda pandemiya başlandığı andan ciddi təhlükəsizlik tədbirləri görülür. Xaricdən gələn vətəndaşlar PZR testi verməli, iki həftə karantində gözləməli idi. Eyni zamanda xarici ölkələrlə aviasiya reyslərinin sayı minimuma endirilmiş, əhalinin kütləvi vaksini həyata keçirilib. 2021-ci ilin mayında Nauruda əhalinin vaksinasiya tam şəkildə başa çatıb. Prosedur ölkədə olan xarici turistlər üçün də məcburi qaydada həyata keçirilib. Cəmi 14 ixtisaslı həkimin olduğu Nauru həm coğrafi uzaqlığı, həm ərazi və əhali sayının azlığı, həm də koronavirusa qarşı qabaqlayıcı tədbirlər hesabına pandemiyanın fəsadlarını hiss etməyib. Nauru Respublikası koronavirusun qeydə alınmadığı ərazicə ən kiçik ölkədir.
Sakit Okean hövzəsində yerləşən Tuvalu dövləti COVID-19-a yoluxmanın qeydə alınmadığı 4-cü dövlətdir. Tuvalu da Nauru kimi ərazisinin (26 kvadrat kilometr), əhalisinin (11,2 min nəfər) azlığı və coğrafi mövqeyinin uzaqlığı ilə seçilir. Ötən ilin martından Tuvaluda fövqəladə tədbirlər görülməyə başlanıldı və fövqəladə vəziyyət elan olundu. Ölkəyə giriş-çıxışa qoyulan qadağa ilə yanaşı, sərt karantin tədbirləri görüldü. Zəruri məhsullar gətirən təyyarə və gəmilərdən başqa, bütün digər nəqliyyat vasitələrinin ölkəyə girişinə qadağa qoyuldu, ölkədə kütləvi vaksinasiya başlandı. Hazırda ölkədə vaksinasiya səviyyəsi 60%-dən çoxdur. Tuvaluya səfər etmək istənilən şəxs tam vaksinasiyadan keçməsinə dair sertifikat təqdim etməli, PZR testi verməli, son 6 ayda səfər etdiyi ölkələrin marşrutu barədə yazılı məlumat verməli və 2 həftə karantində qalmalıdır.
Oxu24.com
ŞƏRHLƏR