Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65409
az

Ukrayna NATO-dan yardım istəyib

23:5515 Fevral, 2022
286
DÜNYA
  • A

Ukrayna mülki əhaliyə təsir edə biləcək genişmiqyaslı fövqəladə hallar üçün NATO-dan beynəlxalq yardım istəyib.

Oxu24.com  xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

"Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti mülki əhaliyə təsir göstərə biləcək müxtəlif xarakterli genişmiqyaslı fövqəladə hallara hazırlaşır. Zəruri prosedurlara uyğun olaraq, Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi Ukraynadan müraciət alıb", - məlumatda deyilir.

Ukrayna, həmçinin NATO-dan yüzdən çox yolsuzluq avtomobili, minatəmizləmə avadanlıqları və radiokimyəvi kəşfiyyat vasitələri tələb edib.

Qeyd edək ki, Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi NATO-nun regionda fövqəladə hallara reaksiya mexanizmidir. Onun vəzifəsi təbii və texnogen fəlakətlər zamanı yardım üçün daxil olan müraciətləri və təklifləri əlaqələndirməkdir. Təsirə məruz qalan dövlət, adətən fövqəladə vəziyyətə qarşı mübarizə üçün xüsusi ehtiyaclar barədə bu strukturu məlumatlandırır, bundan sonra NATO ölkələri və tərəfdaş dövlətlər ona müvafiq məbləğdə yardım ayırırlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müğənni toyuğun başını kəsib qanını içdi
Hakan Fidan Yunanıstana səfər edib
Rus general həlak oldu

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Kartof qabığı görün nəyə dərman imiş — Dəmləyib için!
Göyçayda 3 otaqlı ev yanıb