Damarların aterosklerozu – tıxanması ürəkdə infarkt və insultun birinci səbəbidir. Eləcə də həkimlər damar tıxanmasının diabet əmələ gətirdiyini bildirir.
OXU24.COM xəbər verir ki, həkim endokrinoloq Tatyana Rutkovskaya ürək-damarları qorumaq üçün həftədə 150 dəqiqə - bunu günlərə bölmək lazımdır – aerobika məşqləri etməyi məsləhət görüb.
Optimal variant – sakit şəkildə gəzmək, Skandinaviya gəzişi və üzməkdir.
Ürəyi qorumaq üçün artıq çəkini azaltmaq lazımdır.
Gündəlik kalorini yeməyi 4-5 yerə bölməklə paylaşdırmaq olar.
Belə ki, gündəlik kalorinin 25% səhər yeməyi, günorta yeməyi 35%, axşam yeməyi 15% olmalıdır. Qalan faizləri yemək aralıqlarına bölüşdürün.
Eləcə də bel dairəsinin, qarın hissənin incəlməsinə çalışmaq lazımdır.
Birdən yox, tədricən bədən çəkisini 1 il ərzində 20% azaltmaq ürək-damarları kifayət qədər sağlamlaşdırır.
Oxu24.com
ŞƏRHLƏR