Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64911
az

Lukaşenko Putindən tələb etdi: “Söz vermisən, mənə polkovnik rütbəsi ver” – VİDEO

18:0807 Fevral, 2022
219
DÜNYA
  • A

Rusiya Federasiyasının prezidenti  Vladimir Putin mənə polkovnik hərbi rütbəsi vəd edib.

Oxu24.com "unian.net” saytına istinadən xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko "Soloviev Live" YouTube kanalında yayımlanan proqramda aparıcı Vladimir Solovyovla eksklüziv müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Putin hələ də vədinə əməl etməyib.

"Mən polkovnik-leytenantam, amma özümə generalissimus və ya general ulduzunu asa bilmərəm. Putin polkovnikdir, o, mənə polkovnik rütbəsi vəd edib, amma hələ də təltif etməyib", - belaruslu siyasətçi əsəbi halda deyib.

Rusiya prezidentinin ona hansı ölkənin hərbi rütbəsini verə biləcəyi ilə bağlı suala Lukaşenko belə cavab verib: "Rusiya ordusunun polkovniki”.

Solovyov isə ona "Yaxşı, müstəqil Belarus prezidentinin Rusiya ordusunun polkovniki olduğunu necə təsəvvür edirsiniz?” sualını verib.

Lukaşenko cavabında belə deyib: "Bu, mənim problemimdir, sizin deyil. Söz verib, qoy yerinə yetirsin”.

Belarus prezidenti əlavə edib ki, Putin ona Sovet ordusunun polkovnik rütbəsini versə, onun üçün yaxşı olar. 

Lukaşenko qeyd edib ki, o, Putinə Belarus generalı rütbəsi verməklə öz "təşəkkürünü” bildirəcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yüzlərlə insan İsraili tərk etməyə çalışır - VİDEO
Ərdoğan qardaşı oğlunun toyunda - FOTO
Mağazada əxlaqsızlıq - Qadına yaxınlaşıb... - VİDEO - FOTO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş