Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64103
az

Pəncərədən evə girən kişi qadına görün nə etdi - VİDEO

21:3020 Yanvar, 2022
770
  • A

Türkiyədə qeyri-adi bıçaqlanma hadisəsi baş verib.

Oxu24.com  xəbər verir ki, hadisə Türkiyənin Muğla şəhərində baş verib.

Yanacaqdoldurma məntəqəsində işləyən və hadisə baş verən günü məzuniyyətə çıxan Zeynep Özcan evinə girmək istəyərkən ətrafda dolaşan Yunus T.  ilə qarşılaşıb. Ayaq və qollarında yara olan Yunus T. Zeynep Özcandan kömək istəyib. Yunus T.-nin vəziyyətindən şübhələnən qadın taksi çağırmağa kömək edə bilməyəcəyini deyərək evinə daxil olub.

Bundan sonra Yunus T. Zeynep Özcana bıçaqla hücum edib. Hücum edən şəxs qollarından və bədəninin müxtəlif yerlərindən yaraladığı 39 yaşlı qadına “məni Allah göndərdi, səni öldürməliyəm” deyib.

İlk öncə evin pəncərəsindəki ağcaqanad torunu bıçaqla kəsən Yunus T. əlini içəri salaraq “mənə kömək etməlisən, yoxsa pis olar” deyib. Qapını açaraq təcavüzkarı çıxarmağa çalışan Özcana Yunus T. bıçaqla hücum edib. Qadının qışqırtısını eşidən ətrafdakılar və işdən gələn qadının həyat yoldaşı köməyə qaçıb.

Qolunda və bədəninin müxtəlif yerlərində 15-dən çox bıçaq yarası olan Zeynep Özcan xəstəxanaya aparılıb.

Müalicəsi tamamlanaraq evə buraxılan Zeynep Özcan yaşadığı qorxulu anları belə izah edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə konsulluq açmaq Rusiyanın nəyinə lazımdır?
Bakıda dəhşətli anlar: Süpürgəçi qadın öldü,ofisiant yaralandı

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş