“Burada hamı təyyarə biletlərinin qiymətlərinin bahalığından danışdı. Yaxşı, nə olacaq? AZAL qiymətləri endirəcək?! Yox! Özümüz deyib, özümüz eşidəcəyik”.
Oxu24.com xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentdə çıxışında deyib. O xatırladıb ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da İrəvandan İstanbula reys açdıqlarını bildirib:
“Artıq İrəvandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum.
Bu məsələyə ciddi şəkildə baxılmalıdır. Deputatların bu gün burda dediyi qalır havada. Sözümüzün havada qalmaması üçün bəlkə bu məsələyə qayıtmayaq, AZAL qiymətləri qaldıra-qaldıra getsin? AZAL-ın bu qədər pulu var, Allahın bir futbol komandasını da saxlaya bilmədi. Dünən Prezident İlham Əliyev “Qarabağ” futbol klubunu qəbul etdi, dedi ki, niyə Azərbaycanın bir futbol klubu olmalıdır? İş adamları pul ayırmır. Digər tərəfdən, qiymətlər çox bahadır. Hotellərdə bir gecə, iki gün qalmaq üçün mənim 1 aylıq maaşım qədər pul verməlisən. Qiymət məsələsi birdəfəlik həll olunmalıdır. Xahiş edirəm, Sahibə xanım, özünüz Milli Məcisin sədri kimi bu işə qarışın”.
Oxu24.com
ŞƏRHLƏR