Qaynar xətt:

(+99450) 247 90 86

Şahin Bağırov əmr imzaladı - FOTO

Şahin Bağırov əmr imzaladı - FOTO

CƏMİYYƏT

1055

18.11.2024, 17:53

Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinə yeni rəis təyin edilib.

Oxu24.com  “Qaynarinfo”ya istinadən xəbər verir ki, komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq Əmri ilə İsmayılov İlyas İsa oğlu mərkəzin rəisi təyin olunub.

Qeyd edək ki, İlyas İsmayılov uzun illərdir Kinoloji Mərkəzdə instruktor-kinoloq kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Kinoloji Mərkəzin rəisi polkovnik İlkin Osmanov ötən ilin dekabrında vəzifəsindən azad edilib.