Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61796
az

Yalan danışmağı necə tərgitmək olar?

23:1626 Noyabr, 2021
235
  • A

Yalan - o rəzil sifətlərdəndir ki, insanın abrını aparar və başqaları yanında xar və zəlil edər. Bəs nə edək ki, yalandan xilas ola bilək?

1. Səbəbi tanımaq. Bir dərdi müalicə etməzdən əvvəl, atılan ilk addım - onun səbəblərini tanımaqdır. Ona görə də yalandan xilas olmaq üçün ilk əvvəl onun yaranmasının səbəblərini bilmək lazımdır.

2. Tədricilik yanaşması. Bir dərdi müalicə etməyin ən yaxşı yolu - tələsik qərarlar verməməkdir. İnsan tədricən həmin xəstəlikdən xilas olmağa çalışmalıdır, tələsməli deyildir. Ona görə də səbirli olmaq lazımdır.

3. Quran ayələrini və hədisləri oxumaq. Yalanı tərk etməyin yollarından biri - Quran ayələrini və hədisləri oxuyub, onların mənası barəsində təfəkkür etməkdir. Bu əməl insanın həmin günahı tərk etmək əzmini gücləndirər.

4. Özünü islah etmək. Yalandan uzaq olmağın ən təsirli yolu - insanın özünü islah etməsidir. İnsan günün əvvəllində özü ilə şərt kəsər ki, Allahın buyurduqlarından başqasını etməyəcək və günahdan uzaq olacaqdır. Bundan sonra gün ərzində öz əməllərinə nəzarət etmək lazımdır ki, bu şərti pozmasın. Elə ki, gecə oldu, gərək əməllərinin hesabını çəksin və baxsın görsün, nə qədər günah etmişdir. Onlara görə Allaha tövbə etsin.

5. Mənəviyyata diqqət etmək. Oruc tutmaq, Quran oxumaq, zikr demək - insan mənəviyyatını gücləndirər. İmam Əli (ə) buyurur: "O kəs ki, Quranla yoldaş olmaz, məgər o halda ki, (Quran) onda çoxaldar və ya azaldar. Hidayətini çoxaldar, yolunu azmasını azaldar".

6. Yalançı dostlarla əlaqəni kəsmək. Əgər insan yalançı dostları ilə əlaqəsini kəsərsə, bu rəzil sifət onu tərk edər. Ona görə də insan dost seçən zaman onu doğru danışan insanlardan seçməlidir.

7. Çox danışmağı tərk etmək. Çox danışmaq - yalan danışmağa səbəb olan amillərdən biridir. Ona görə də insan çox danışmağı tərk etməlidir.

8. Dili kontrol etmək.

9. Doğru danışmağın yaxşı cəhətlərinə diqqət etmək.

10. Hər kiçik yalana görə özünü tənbeh etmək, dərhal tövbə etmək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatdı
Küveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatdı
Burnunuz qanayıbsa, bunları etməyin: Başınızı arxaya...

Fillər xüsusi səslər çıxararaq bir-birlərinə çağırırlar-ARAŞDIRMA

18+

İlon Mask cinsi təcavüzdə ittiham olunur
Bakıda məktəbdə dəhşətli anlar: Mühafizəçi məktəblini döydü
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu vərdişlər hər 4 nəfərdən 1-ni öldürür - Təcili tədbir görülməlidir!
14 il direktor işləyən qadın 995 min manat mənimsəyib