Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61108
az

Baş Prokurluq dəhşətli məlumat yaydı: Ballı Qayada meyiti tapılan şəxs görün kim imiş

14:4514 Noyabr, 2021
1509
  • A

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd edilir.

Xəbər verildiyi kimi, noyabrın 13-ü Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılıb.

"Araşdırmalarla noyabrın 10-u Yevlax şəhər sakini 1977-ci il təvəllüdlü Coşqun Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı tanışı 1968-ci il təvəllüdlü Qədir Ələsgərovu avtomobillə Yevlax şəhərindən Goranboy rayonu Ballıqaya kəndi ərazisinə gətirərək orada sonuncunun baş nahiyyəsinə daşla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Coşqun Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir", - məlumatda qeyd olunur.

Həmçinin oxu: Üzücü xəbər gəldi: Rasim Əliyev vəfat edib

                       SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi: Qar və sel gözlənilir

                       ŞAD XƏBƏR! Yeni Qanun tərtib edildi: Pul ödəniləcək

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə konsulluq açmaq Rusiyanın nəyinə lazımdır?
Bakıda dəhşətli anlar: Süpürgəçi qadın öldü,ofisiant yaralandı

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş