Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5965
az

Bakıda BİABIRÇILIQ: Şirkət rəhbəri azyaşlılara erməni şokoladları PAYLADI - FOTO

10:4710 Oktyabr, 2018
646
CƏMİYYƏT
  • A
Bakıda uşaqlar üçün əyləncə və ad günləri təşkil edən şirkət rəhbəri azyaşlılara Ermənistan istehsalı olan şokoladlar paylayıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Yerevanda istehsal olunan şokoladlar dünən İçərişəhərdə yerləşən "Salam Baku" restoranında  azyaşlı üçün təşkil olunan doğum günündə  uşaqlara verilib.

Sonradan şokoladın üzərində istehsal olunan ölkəni görən valideynlərdən biri ad gününü təşkil edən "Lully's Candy Bar and Wedding" şirkətinin əməkdaşlarına öz etirazlarını bildiriblər.

Məsələ ilə bağlı açıqlama verən "Lully's Candy Bar and Wedding" şirkətinin rəhbəri Sevinc Məmmədova faktı Unikal.org-a təsdiqləyib:

"Hadisə dünən paytaxtda keçirilən ad günü mərasimində baş verib. "Salam Baku" restoranında keçirilən ad günündə bu şkoladları uşaqlara paylamışıq. Amma hansı ölkədə istehsal olunduğunu bilmirdim. Şokoladın üzərində yazılar kiçik şriftlərlə olduğu üçün fikir verməmişdim. Bu şokoladları  Kislovodskdan özüm üçün almışdım. Məclisə qoyduğumuz şokoladların daha çox görünməsi üçün bunlardan da istifadə etdim. Sözügedən şokoladların Ermənistan istehsalı olduğu mənə deyildikdən sonra bundan xəbərdar olmuşam". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı gənc Türkiyədə vəfat etdi
Romantik səhər öpüşünün inanılmaz zərərləri
Qaşıntının qarşısını necə almaq olar?

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU