Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59466
az

ŞOK!!! Paşinyan sirləri açdı: Müharibə zamanı İRAN GÖRÜN NƏ EDİB

20:2210 Oktyabr, 2021
3347
ÖZƏL BÖLÜM
  • A

 Həmişə olduğu kimi yenə də eksklüziv və mühüm məlumatları sizin diqqətinizə çatdıracağıq. Bildiyiniz kimi, İranın sərhədlərimizdə təhdid xarakterli təlimindən sonra regionda vəziyyət gərginləşib. Azərbaycan təmkinli davransa da, İran Azərbaycanda İsrail hərbi bazalarının yerləşdirilməsini bəhanə edir.

İranın Nizam Qüvvələrinin komandanı, general-mayor Hüseyn Əştəri bugünkü açıqlamasında bildirib ki, İran Azərbaycanla sərhəddə yeni qüvvələr və hərbi texnika göndərib. 
Qeyd edək ki, əslində təlimlər bu ad altında hərbi qüvvələrin sərhədə dislokasiya olunması məqsədi daşıyırdı. Təlim üçün sərhədə gətirilən texnika və qüvvələrin geri çəkildiyinə dair məlumatlar da yoxdur. İran bölgəyə yeni qüvvələri cəlb etməklə sərhəddə hərbi varlığı artırır. Bu artıq rəsmən düşmənçilik etməkdir.
İran generallarından Azərbaycanda “İsrail bazalarının yerləşdirildiyi” barədə növbəti qeyri-ciddi və heç bir dəlil-sübuta söykənməyən iddia səslənib. İranın Dövlət Sərhəd Xidmətinin rəhbəri, general Əhməd Əli Qodarzi bu haqda danışıb. O bunları deyib:
“İsrail Azərbaycan sərhədləri yaxınlığında mövcuddur, amma bazalarının yeri haqda dəqiq informasiya yoxdur. İsraillilər İran sərhədlərinin həssas sahələrində casusluq edir, amma biz onların fəaliyyətinə tam nəzarət edirik. Onlar İranın çəkindirici gücünü bilir, ona görə də əllərindən gələn ancaq region ölkələrini təxribata çəkərək İran yük maşınlarına əngəl yaratmaqdan ibarətdir.
İran sərhədçilərinin şimal-qərb sərhədlərində “regionu izləmək üçün” bütün vasitələri var. Biz regiondakı hərəkətliliyi elektron və optik sistemlərin, PUA-ların köməyi ilə tam izləyirik”
Sitatın sonu.
Beləliklə, İran sərhəd qoşunlarının rəisi özünün dediyi kimi, “israillilərin fəaliyyətlərini” tam nəzarətdə saxlayırsa və onların Azərbaycanda iştirakı haqda məlumatlıdırsa o zaman nədən “İsrail bazalarının” yerini bu vaxta qədər dəqiq  müəyyən etməyiblər? İran generalları hələ də yerlərini dəqiq müəyyən edə bilmədikləri “İsrail bazalarına” qarşı öz aləmlərində mübarizə aparırlar və onların fəaliyyətini “tam nəzarətdə saxlayırlar”. Bəs yerini bilmədikləri bazaları  tam nəzarətdə saxlamaq onlara necə müyəssər olur?! Axı nəyisə nəzarət altında saxlamaq üçün əvvəlcə onun yerini müəyyən etmək lazımdır...
Bütün bunları göstərir ki, İranın qarnının ağrısı başqadır. Cənub qonşumuz Azərbaycanın daha da güclənməsindən, bunun isə Güney Azərbaycandakı 40 milyon azərbaycanlının ayağa qalxmasına səbəb olmasından qorxur. Ona görə də belə təxribatlara əl atır.

Oxu24.com mövzu ilə bağlı 22-ci əsr kanalının hazırladığı video məlumatı təqdim edir:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu